SORĞU: Əliyevlərin prezidentlik dövrü bir-birindən nə ilə fərqlənir?

Eks-prezident Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il, iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-dən 2003-cü ilə qədər Azərbaycan Respublikasının prezidenti olub. 2003-cü ilin dekabrın 12-də müalicə olunduğu Amerikanın Klivlend Klinikasında vəfat edib. Ölümündən sonra oğlu İlham Əliyev hakimiyyətə gəlib. 14 ildir ki, kürsüdədir. Ata və oğul Əliyevlərin hakimiyyətləri bir-birindən nə ilə fərqlənir? Meydan TV bu sualla sakinlər arasında sorğu keçirib.

Ana səhifəVideoSORĞU: Əliyevlərin prezidentlik dövrü bir-birindən nə ilə fərqlənir?