Mənbə: Meydan Tv

Şoran torpaqlarda

Şoran torpaqlar Azərbaycanın Mil-Qarabağ, Muğan-Salyan, Şirvan düzlərində, Samur-Dəvəçi ovalığı, Naxçıvan düzü və Abşeron yarımadasının suvarılan zonalarında daha geniş yayılıb. Belə torpaqlar respublika ərazisinin 1,3-1,5 faizini əhatə edir. Bu torpaqların şoranlığı Qərbdən Şərqə Xəzər dənizi sahillərinə doğru artır.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli mediaya bildirib ki, şoranlaşma ilə bağlı dövlət rəsmiləri tərəfindən səsləndirilən rəqəm təxminən 400 min hektardır. Ancaq digər mənbələrdə bu rəqəmin 1 milyon 400 min hektardan çox olduğunu vurğulayır.

Mütəxəssisin sözlərinə görə, bu gün az maliyyə vəsaiti ilə bərpa oluna biləcək torpaqlara gələcəkdə daha çox kapital qoymaq lazım gələcək. Ekspert əvvəllər də mediaya açıqlamasında bildirib ki, Azərbaycanda getdikcə əkin üçün yararlı torpaqlar azalır.

Vahid Məhərrəmli deyir ki, şoranlaşmaya əsas səbəblərdən biri və önəmlisi suvarma sahəsində savadsıqlığın olmasıdır. Onun sözlərinə görə, Azərbaycanda suvarma hələ də primitiv qaydada aparılır. Selləmə suvarma üsulundan daha geniş istifadə olunur. Belə halda sudan düzgün istifadə olunmur, həm coxlu həcmdə su itkisinə yol verilir, həm də torpağın münbit qatının yuyulması prosesi baş verir. Digər tərəfdən, selləmə suvarma nəticəsində su nisbətən aşağı hissədə yerləşən əkin sahələrində yığılaraq qurunt suyunun qalxmasına səbəb olur. Bu da həmin sahədə torpağın şoranlaşmasına yol açır.

İzlədiyiniz bu fotolar Yevlax-Ucar-Ağdaş rayonları ərazisində çəkilib.

Şoran torpaqlarda

Şoran torpaqlarda

Mənbə: Meydan Tv

Şoran torpaqlarda

Şoran torpaqlarda

Mənbə: Meydan Tv

Şoran torpaqlarda

Şoran torpaqlarda

Mənbə: Meydan Tv

Şoran torpaqlarda

Şoran torpaqlarda

Mənbə: Meydan Tv

Şoran torpaqlarda

Şoran torpaqlarda

Mənbə: Meydan Tv

Şoran torpaqlarda

Şoran torpaqlarda

Mənbə: Meydan Tv

Şoran torpaqlarda

Şoran torpaqlarda

Mənbə: Meydan Tv

Şoran torpaqlarda

Şoran torpaqlarda

Mənbə: Meydan Tv

Şoran torpaqlarda

Şoran torpaqlarda

Mənbə: Meydan Tv

Şoran torpaqlarda

Şoran torpaqlarda

Mənbə: Meydan Tv

Şoran torpaqlarda

Şoran torpaqlarda

Mənbə: Meydan Tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/00rl40

Ən çox baxılan