Son sutkada virusa yoluxmuş 350 nəfər sağalıb

“Hazırda aktiv xəstə sayı 3092 nəfərdir”.

Source: Meydan TV


Analiz nümunələri müsbət çıxan 3 pasiyent vəfat edib

İyunun 5-də Azərbaycanda 108 adam COVİD-19 infeksiyasına yoluxub, 350 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 3 pasiyent vəfat edib.

Operativ Qərargah Azərbaycanda 334 min 647 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 326 min 619 nəfər müalicə olunaraq sağalıb, 4936 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 3092 nəfərdir".

Qərargah ötən müddətdə 3 milyon 559 min 951 testin aparıldığını göstərib:

"Bugünkü test sayı isə 8331-dir".

Ana səhifəSağlıqSon sutkada virusa yoluxmuş 350 nəfər sağalıb