Son sutkada ölkədə koronavirusdan ölən olmayıb

“Hazırda aktiv xəstə sayı 841 nəfərdir”

Source: Meydan TV


Virusa yoluxma sayı – 51 nəfər

İyunun 24-də Azərbaycanda 51 adam COVID-19 infeksiyasına yoluxub, 76 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusdan vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 335 676 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 329 870 nəfər müalicə olunaraq sağalıb, 4 965 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 841 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 879, ötən müddətdə isə 3 706 051 testin aparıldığını qeyd edib.

Ana səhifəSağlıqSon sutkada ölkədə koronavirusdan ölən olmayıb