Son sutkada ölkədə 128 nəfər virusa yoluxub

”Bugünkü test sayı isə 6647-dir”.

Source: Meydan TV


2 pasiyent həyatını itirib

Fevralın 14-də Azərbaycanda 128 adam COVİD-19 infeksiyasına yoluxub, 140 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda 2 nəfər öldüyü qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 232 min 123 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 226 min 654 nəfər müalicə olunaraq sağalıb, 3180 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2289 nəfərdir".

Qərargah ötən müddətdə 2 milyon 501 min 845 testin aparıldığını vurğulayıb: "Bugünkü test sayı isə 6647-dir".

Fevralın 15-dən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla; xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla; ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Ana səhifəSosialSon sutkada ölkədə 128 nəfər virusa yoluxub