Son sutkada koronavirusdan sağalanların sayı yoluxanlardan çox olub

“Bugünkü test sayı isə 13478-dir”.

Source: Meydan TV


32 nəfər virusdan həyatını itirib

Aprelin 16-da Azərbaycanda 2163 adam COVİD-19 infeksiyaya yoluxub, 2251 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu barədə yaydığı məlumatda analiz nümunələri müsbət çıxan 32 nəfərin vəfat etdiyi göstərilib.

Operatuv Qərargah Azərbaycanda indiyə qədər 296 min 374 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 260 min 193 nəfər müalicə olunaraq sağalıb, 4077 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 32104 nəfərdir".

Eni zamanda, ötən müddətdə 3 milyon 82 min 157 testin aparıldığı bildirilib:

"Bugünkü test sayı isə 13478-dir".

Ana səhifəSağlıqSon sutkada koronavirusdan sağalanların sayı yoluxanlardan çox olub