Son sutkada Azərbaycanda 31 nəfər koronavirusdan ölüb

“Bugünkü test sayı isə 15585-dir”.

Source: Meydan TV


2392 nəfər virusa yoluxub

Aprelin 3-də Azərbaycanda 2392 adam COVİD-19 infeksiyasına yoluxub, 1063 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunub.

Operativ Qərargah analiz nümunələri müsbət çıxan 31 nəfərin öldüyünü bildirib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 268 min 714 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırlayıb:

"Onlardan 240 min 870 nəfər müalicə olunaraq sağalıb, 3648 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 24196 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 2 milyon 916 min 745 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 15585-dir".

Ana səhifəSağlıqSon sutkada Azərbaycanda 31 nəfər koronavirusdan ölüb