SOCAR-ın idarə rəisi vəzifəsindən azad edildi

“Vaqif Əliyevin yerinə hələ ki təyinat olmayıb”.

Source: Specify Source


İbrahim Əhmədov: "Vaqif Əliyev öz ərizəsi əsasında işdən çıxarılıb"

Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr idarəsinin rəisi Vaqif Əliyevin vəzifəsindən azad edildiyi bildirilir.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumatı “Report”a təsdiqləyib.

İbrahim Əhmədov bildirib ki, Vaqif Əliyev öz ərizəsi əsasında işdən çıxarılıb: "Bundan başqa, o, şirkətin Türkiyədəki törəməsinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilməsi ilə bağlı da ərizə ilə müraciət edib. Vaqif Əliyevin yerinə hələ ki təyinat olmayıb".

Vaqif Əliyevin adı baldızı oğlu Nicat Qarayevin məhkəməsində

hallanıb

.

Nicat Qarayev Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham olunur.

Nicat Qarayev 2017-ci ilin iyunundan ötən ilin yayınadək «AZFEN» Birgə Müəssisəsinin «Azf-099» layihəsində texniki ofis mühəndisi çalışıb.

İttihamda yazılıb ki, o, adamlara əcnəbi şirkətin – «Scanex Enterprises Limited»in Azərbaycandakı nümayəndəliyi vasitəsilə «AZFEN» üçün işlər gördüyünü deyib.

İyulun 19-da dövlət başçısı İlham Əliyev Dövlət Neft Şirkətinin 4 vitse-prezidentini vəzifəsindən azad edib.

Ana səhifəİqtisadiyyatSOCAR-ın idarə rəisi vəzifəsindən azad edildi