Siyahı: 93 hərbçi şəhid olub, 6 mülki şəxs dünyasını dəyişib (YENİLƏNİR)

Müdafiə Nazirliyinin məlumatları ilə sosial şəbəkələrdə paylaşılan xəbərlər arasında uyğunsuzluq var

Source:
İtkilərin siyahısı
İtkilərin siyahısı

Aprelin 1-5-də cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrindən neçə nəfərin şəhid və yaralı olduğu barədə tam məlumat yoxdur. Müdafiə Nazirliyi rəsmi olaraq 31 nəfərin şəhid olduğunu bəyan etsə də, həmin şəxslərin siyahısı cəmiyyətə təqdim olunmur. Bu səbəbdən də itkilərin daha çox olması barədə fikirlər səsləndirilir. Müdafiə Nazirliyi həmin fikirlərə bu cür münasibət bildirib:

“Savaş itkiləri haqqında yalnız Müdafiə Nazirliyinin rəsmi saytında (Mod.gov.az) verilən rəqəmlər əsas götürülməlidir. Son əməliyyatlar zamanı Azərbaycan 31 hərbçisini itirib. Müdafiə Nazirliyinin mətbuat xidməti bunu ayrı-ayrı üç məlumatında açıqlayıb. Cəbhə xəttində aprelin 2-də 12, aprelin 3-də 3, aprelin 4-ü və 5-də 16 hərbi qulluqçunun şəhid olduğunu bəyan etmişik. Kim başqa rəqəm səsləndirir, bu, onun öz işidir”.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu sosial şəbəkələrdə paylaşılan məlumatları birləşdirərək, ümumi siyahı hazırlayıb. Meydan TV həmin siyahını ümimiləşdirərək, təqdim edir:


Həmin məlumatlara əsasən, 5 gün ərzində Azərbaycan ordusunun itirdiyi hərbçilər bunlardır:

1. Baş leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlu, (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.

2. Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü. Türkiyənin Hava Harp Okulu Məzunu.

3. Mayor Musazadə Təbriz Tariyel oğlu (Mi-24 vertolyotunun ekipajı). 1981-ci il təvəllüdlü.

4. Əsgər Rəvan İsmayıl oğlu Nurayev. 1997-ci il təvəllüdlü Rəvan Nurayev ailənin tək oğlu idi. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

5. MAXE Ruhin Qəhrəmanov. Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb.

6. Əsgər Samir İzayəddin oğlu Qaçayev, 2015-ci ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə çağırılıb. 1994-cü il təvəllüdlü.

7. Əsgər Mehrəliyev Sarvan Natiq oğlu. Əslən Xocalıdan olan, 1997-ci il təvəllüdlü S.Mehralıyev Ağdam rayonunun Ballar kəndində torpağa tapşırılıb.

8. Əsgər Əliyev Orxan Məhəmməd oğlu, 1996-cı il təvəllüdlü. Qazax rayonundan (Aslanbəyli kəndi) hərbi xidmətə çağırılıb.

9. Mayor Əliyev Elnur Adil oğlu. Hərbi hissənin nizami hissə rəisi mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olub. E.Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub. Ailəlidir, iki oğlu var.

10. MAXE İsgəndərov Nicat Bəhruz oğlu, 27 yaşlı (1989-cu il təvəllüdlü) Nicat İsgəndərov Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Evin tək oğlu olub.

11. Gizir Səfərov Elmdar Səlimxan oğlu. 1992-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. Tərtər istiqamətində şəhid olub.

12. Füzuli rayonu 4-cü Zobcuq qəsəbə sakini Quliyev Səyyar Knyaz oğlu Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.

13. Şəkinin Böyük Dəhnə kənd sakini, 1993 təvəllüd Süleymanov Vüqar Natiq oğlu Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.

14. Masallı rayonunun Kalinovka kəndindən olan gizir Əsgərli Nurlan Bayram oğlu Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

15. Qobustan rayonu, Bədəlli kəndi sakini Orxan Мüstəсəbov Ələsgər oğlu şəhid olub.

16. Laçın rayonu Qarakeçdi kənd sakini əsgər Ülvin Məmmədov Cəmaləddin oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

17. Biləsuvar rayon sakin, Hüseyn Dəmirli Zeynal oğlu Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

18. Xaçmazın Əbilyataq kənd sakini, 27 yaşlı hərbi qulluqçu Elvin Sədrəddin oğlu Qaibov Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub.

19. Göyçay rayon, Çaxırlı kənd sakini Teymur Mikayıl oğlu Qasımov Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

20. Şəkinin Kiş kəndi sakini, 1992-ci il təvəllüdlü gizir, MAXE Orxan Kazım oğlu Hümbətov cəbhədə gedən döyüşlərdə şəhid olub.

21. Zaqatala rayon sakini Bayramov Sərxan Oqtay oğlu Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

22. Zəngilan rayon sakini, Naftalandan xidmətə yollanan Orucov Müşfiq Arif oğlu Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

23. Füzuli rayonu Alxanlı kənd sakini, MAXE Əlvan Hüseynov Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.

24. Ağdamın Cinli kəndində anadan olan, polkovnik, 1968-ci il təvəllüdlü Raquf Orucov Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

25. Zabit Məmmədov Rasim Əbdül oğlu cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.

26. Biləsuvar rayonu, Səmədabad kəndindən Novruzov Fərahim Adışirin oğlu Füzulidə gedən döyüşlərdə şəhid olub.

27. Ağcabədi rayonu, Hindarx kənd sakini, kəşfiyyatçı MAXE Qarayev Dilsuz Tərtərdə gedən döyüşlər zamanı şəhid olub.

28. Füzuli rayonu Əhmədalılar kəndindən hərbi xidmətə çağırılan Həmidov Orxan Ənvər oğlu şəhid olub.

29. Beyləqan rayonu Dünüyamallar kənd sakini, 22 yaşlı kəşfiyyatçı Məhəbbət Mirzəyev Zaman oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

30. Xızı rayonu, Giləzi qəsəbə sakini, Novruzov Ravil Elman oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

31. Tərtərdə gedən döyüşlərdə Qazağın Yuxarı Salahlı kəndindən olan kəşfiyyat komandiri, Baş leytenant Namazov Elvin Məmməd oğlu şəhid olub.

32. 19 yaşlı əsgər Bağırov Sərxan Azər oğlu. Aprelin 2-nə keçən gecə cəbhədə şiddətli döyüşlərdə şəhid olub. Göygöl rayonu, Almədədli kəndində dəfn olunub.

33. Əsgər Mirzəyev Nürəddin Etimad oğlu. Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə şəhid olub. 1996-cı il təvəllüdlüdür. Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.

34. Kəşfiyyatçı İnqilab Əliyev cəbhədə gedən döyüşlərdə şəhid olub.

35. Beyləqan rayon, İkinci Şahsevən kənd sakini, 1991-ci il təvəllüd MAXE Hüseynov Ayaz Ələkbər oğlu Füzuli istiqamətində döyüşdə şəhid olub.

36. Bakı şəhər sakini, Baş leytenant Novruzov Mirzə Sərvər oğlu Goranboy istiqamətində, Tap Qaraqoyunluda gedən döyüşlərdə şəhid olub.

37. Bakının Xochəsən qəsəbə sakini, Hacıağayev Cabbarxan İlham oğlu Lələ təpə yüksəkliyində gedən döyüşlərdə şəhid olub.

38. Ağdaş rayonu Şəkili kənd sakini, 1997-ci il təvəllüdlü Cəbrayılov Ömər Məzahir oğlu Füzuli rayonu istiqamətində gedən döyüşdə şəhid olub.

39. Salyan rayon Xələc kənd sakini, 1990 təvəllüdlü baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu şəhid olub.

40. Sabirabad rayonu, Çiçəkli kənd sakini Rizvan Muradov cəbhədə gedən döyüşlərdə şəhid olub.

41. Əslən Biləsuvar rayonundan olan, Sumqayıt şəhər sakini, 1989 təvəllüd gizir Məmmədov Murad Vaqif oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

42. Hərbçimiz, 19 yaşlı Əsgər Zəkərayev Nazim Nadir oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

43. Şəmkir rayonu Kür qəsəbə sakini Əliyev Vüsal İlham oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

44. Zərdab rayon Böyük Dəkkə kənd sakini 1994-ci il təvəllüdlü Gizir Abdullazadə Nurlan Rasim oğlu şəhid olub.

45. Şəmkir rayon Tatarlı kənd sakini Nurlan Cəmil oğlu Qasımov cəbhədə gedən döyüşlərdə şəhid olub.

46. Şəmkirin Şiştəpə kənd sakini, 1976-cı il təvəllüdlü, polkovnik Yusifov Vüqar Nürəddin oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

47. Bakı şəhəri, Mərdəkan qəsəbə sakini Şirəliyev Kamran Faiq oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

48. Lənkəran rayon Cil kənd sakini 1997-ci il təvəllüdlü İslamov Əlizaman Fərrux oğlu cəbhədə gedən döyüşlər zamanı şəhid olub.

49. Bakı sakini, Zığ şossesində yaşayan Əzizzadə Xaliq Həsən oğlu Tərtər-Goranboy istiqamətində istiqamətində gedən döyüşlərdə şəhid olub.

50. Əslən Kəlbəcərli olan Gəncə sakini, Silahlı Qüvvələrin zabiti, 33 yaşlı İnqilab Çingiz oğlu Quliyev cəbhədə gedən döyüşlərdə şəhid olub.

51. Əslən naxçıvanlı olan Bakı sakini Quliyev Mahir Qadir oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

52. Qəbələ rayon, Bum qəsəbə sakini Şirinov Sahil Həsrət oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

53. Bakı şəhər Binəqədi qəsəbəsi sakini, 1996-cı il təvəllüdlü, kəşfiyyatçı Emin Bağırov İmran oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

54. Bərdə rayon Lək kənd sakini, 1989-cu il təvəllüdlü, baş leytenant Həsənov Ziya Niyaz oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

55. Şəmkir rayon Morul kənd sakini Əsgərov Təbriz Hamlet oğlu Gədəbəy istiqamətində gedən döyüşlərdə şəhid olub.

56. Sabirabad rayon Muğangəncəli kənd sakini, polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev cəbhədə gedən döyüşlərdə şəhid olub.

57. Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan, kəşfiyyatçı Orucəliyev Qabil Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

58. Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüd Bayramov Şülan Bayram oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

59. Bərdə rayon, Mustafaağalı kənd sakini 1987-ci il təvəllüdlü, baş gizir Musayev Səbuhi Rəfael oğlu Goranboy istiqamətində gedən döyüşlərdə şəhid olub.

60. Ordumuzun hərbçisi Babayev Emin cəbhədə gedən döyüşlərdə şəhid olub.

61. Lənkəran rayon Hirkan qəsəbə sakini, gizir Rusif Ağayev cəbhədə gedən döyüşlərdə şəhid olub.

62. Naftalan şəhər sakini, 1979 təvəllüd kapitan Bayramov Vaqif Dilqəm oğlu Talış ətrafı atışmada şəhid olub.

63. Neftçala rayonunun Həsənəbad kənd sakini mayor İmanov Samid Gülağa oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

64. Ordumuzun hərbçisi Nağıyev Cavid Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
65. İmişlinin Qaralar kənd sakini 1989 təvəllüd, leytenant Dədəkişiyev Cavid Gülbala oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
66. Sumqayıt şəhər sakini Axundov Əbdülməcid Nadirşah oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
67. Bakının Binəqədi qəsəbə sakini, 1994 təvəllüd, Qurbanlı Fəxrəddin Seyfəddin oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

68. Xırdalan sakini Baxşəliyev Rəşid Əliağa oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.


69. İsmayıllı rayonu Maçaxı kənd sakini, Vahabov Mikayıl Yaqub oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

70. Əslən zəngilanlı olan Bakı sakini, Niftalıyev Rəşad Şakir oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

71. Qusar rayonu Qazmalar kənd sakini, 1997 təvəllüd Osmanov Yalçın Namiq oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

72. Mingəçevir şəhər sakini, 1993 təvəllüd MAXE, Adilzadə Adil Kamran oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.


73. Xaçmaz rayon sakini, 1994 təvəllüd Mirzəyev Elvin Azadxan oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

74. Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü, MAXE Qasımov Teymur Sabir oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

75. Şamaxı şəhər Göylər kəndi sakini, hərbçimiz Səmədov Elşən Səlim oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

76. Masallı rayon Güllütəpə kənd sakini, 1996 təvəllüd Bağırzadə Firdovsi Əliş oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
77. Qusar rayon Cağar-qışlaq kənd sakini, hərbçimiz Xeyirbəyov Əmiraslan Xəlil oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
78. Bakı şəhəri, Pirşağı qəsəbə sakini, 1994 təvəllüd, Şəhid Mirzəyev Mahir Sabir oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

79. Əslən cəbrayıllı, 1997 təvəllüd hərbçimiz İbrahimov Mahmud Azər oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
80. Şəmkir rayon Düyərli kənd sakini, 1997 təvəllüd Dəmirli Altun Fərman oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
81. Əslən Xaçmazlı, 1993 təfəllüd, hərbçimiz Dadaşov Tural Sabir oğlu Tərtərdə gedən döyüşlərdə şəhid olub.
82. Cəlilabad rayon Məlikqasımlı kənd sakini, 1997 təvəllüd, pulemyotçu Nəsirov Royal İmran oğlu Tərtər rayonunun Qapanlı kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.

83. Şabran rayon Zeyvə kənd sakini, kiçik gizir Abidov Babək Vəfadar cəbhədə gedən döyüşlərdə şəhid olub.

84. Qazax Rayon Fərəhli kənd sakini, kapitan Orucav Mühit Qurban oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

85. Beyləqan rayon sakini, hərbçimiz Cavadzadə Şahin cəbhədə gedən döyüşlərdə şəhid olub.

86. Ağsu rayonun, Bico kənd sakini Fərəczadə Toğrul Habil oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

87. Goranboy rayon sakini, 1995-ci il təvəllüd, Gizir Hüseynov Bəxtiyar Rəfael oğlu Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

88. Astara rayonu Ezarud kənd Teymurov Pəncəli Nurməmməd oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

89. Naftalan şəhər sakini, hərbçimiz Sərxan Salmanov cəbhədə gedən döyüşlərdə şəhid olub.

90. Əslən şəkili olan, 1989 təvəllüd İsgəndərov Elnur İsgəndər oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

91. Kürdəmir rayon sakini, kəşfiyyatçı Qurbanov Tural Gülşad oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

92. Tovuz rayon, Bayramlı kənd sakini, 1994 təvəllüd, kəşfiyyatçı Cəfərov Mirsalam Təvəkgül oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

93. Sumqayıt sakini, kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.

94. Hərbçimiz Məmmədov Natiq Ehtiram oğlu cəbhədə baş vermiş döyüşlər zamanı şəhid olub.


Haqqında dəqiq məlumat olmayan hərbçilər:

1. Qəbələ rayonundan çağırılmış Əhədli Sədail Vüqar oğlu haqqında heç bir məlumat yoxdur.

2. Vüsal Şıxməmmədov – (dəqiq xəbər yoxdur)



Mülki şəxslərin siyahısı:

1. Orxan Valeri oğlu Rəhimov – 1993-cü il təvəllüdlü – Tərtər

2. Fərman Elçin oğlu Əsədov – 1992-ci il təvəllüdlü – Gəncə

3. Turanə Kamandar qızı Həsənova – 16 yaşlı – Kəlbəcərdən məcburi köçkün

4. Dadaşov Qaraş Şahmar oğlu – 1954-cü il təvəllüdlü – Ağdam Əhmədağalı

5. Cəlal Rəhimov

6. Orxan Rəhimov Cəlal oğlu

Ana səhifəAnalitikaSiyahı: 93 hərbçi şəhid olub, 6 mülki şəxs dünyasını dəyişib (YENİLƏNİR)