Lyra McKee

Mənbə: google.az

Başlıq: Lyra McKee

Şimali İrlandiyada jurnalist öldürülüb

Dissident respublikaçılar 29 yaşlı Lira Makinin öldürülməsində günahkar bilinirlər

Şimali İrlandiyanın Londonderi (Londonderry) şəhərində polisin "terrorist hadisə" olaraq adlandırdığı kütləvi iğtişaşlar zamanı bir jurnalist öldürülüb, - BBC xəbər verir.

Dissident respublikaçılar 29 yaşlı Lira Makinin (Lyra McKee) öldürülməsində günahkar bilinirlər.

Şimali İrlandiyanın Polis Şöbəsi (PSNI) deyib ki, “The New IRA”-nın “hadisələrin arxasında olma ehtimalı" var və dedektivlər cinayəti araşdırmağa başlayıblar.

Baş nazir Tereza Mey (Theresa May) cinayəti "şokedici" adlandırıb.

Bildirilir ki, Maki işini böyük bir cəsarətlə görərkən ölən jurnalist idi.

PSNI deyib ki, hadisə silahlı bir adamın cümə axşamı, saat 23 radələrində polis məmurlarına atəş açdığı zaman baş verib. Polis 4x4 maşınının yanında dayanan Maki bu zaman yaralanıb. Hadisəni mobil telefon görüntüləri təsdiq edir.

“O, polisin köməyiylə Altnagelvin Xəstəxanasına aparılıb, amma təəssüf ki, ölüb”, - deyə Baş köməkçi Konstabl Hamilton (Constable Hamilton) bildirib.

Şimali İrlandiyanın altı böyük siyasi partiya liderləri bu “böyük cinayətə görə məsuliyyət daşıyanları qınamaq üçün birləşdiklərini” deyiblər.

Birgə bəyanatda partiyalar deyiblər: “Liranın öldürülməsi bu cəmiyyətin bütün insanlarına, sülhə və demokratik proseslərə hücum idi”.

“Son 20 ildə əldə edilən irəliləyişi məhv etmək faydasız bir hərəkət idi,” - onlar qeyd ediblər.

Milli Jurnalistlər Birliyi (NUJ) deyib ki, Maki Şimali İrlandiyada ən perspektivli jurnalistlərdən biri olub.

“O, cəsur, özünəməxsus üslubu və bütövlüyü" olan jurnalist və böyük öhdəlik və dəyərlərə sahib qadın idi”, - birliyin rəsmisi Seamus Dooley deyib:

"Şübhə etmirəm ki, dünən gecə onu küçələrə çıxaran da şəhərdə baş verən inqilabı müşahidə etmək öhdəliyi olub".

İrlandiya Baş naziri Leo Varadkar deyib: “Həmrəyliyimiz həmçinin Derry xalqı və bütün jurnalistika ictimaiyyəti üçündür.

Şiddət, qorxu və nifrətini təbliğ etmək istəyənlərə bizi keçmişə sürükləmək üçün icazə verə bilmərik”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mabjn6

Ən çox baxılan