''Sifarişlə əsər hazırlamıram''

Nizami Abbasovun emalatxanasının ümumi görüntüsü

Nizami Abbasovun emalatxanasının ümumi görüntüsü

Nizami Abbasov 40 ildən çoxdur ki, ağac üzərində oyma sənəti ilə məşğuldur. Gəncədə yaşayıb-yaradan ustanın işlərinin içində şair və yazıçıların büst və portretləri üstünlük təşkil etsə də, hərbi-vətənpərvərlik və təbiət mövzularına da yer ayırıb.

Nizami Abbasov deyir ki, bir işə başlamazdan öncə hazırlayacağı iş haqqında daha çox məlumat toplayır. Kitablar oxuyur, varsa filmlərinə baxır. Daha sonra işə başlayır. "Nizami Gəncəvinin "Xəmsə"-sini demək olar ki, əzbər bilirəm. Bu "Xəmsə"-nin üzərində iki il işləməklə hazırlaya bildim"-deyir.

Nizami Abbasov əl işlərində qoz, şabalıd, fıstıq və armud ağaclarından istifadə edir. Bundan başqa, əl işlərində "göz" obrazına üstünlük verir.

Sifariş üçün iş görmədiyini deyən Nizami Abbasov əsərlərini daha çox sərgi üçün hazırlayır. İstəyir ki, daha çox adamın məlumatı olsun:

"Satış məqsədi ilə sifariş götürmürəm. Daha çox öz istədiyim və hazırladığım işləri satıram. O zaman hazırlayacağım iş daha keyfiyyətli, daha məzmunlu olur. Hazırladığım işin qiyməti də ölçü və məzmuna görə fərqlənir".

Nizami Abbasovun emalatxanasının ümumi görüntüsü

Nizami Abbasovun emalatxanasının ümumi görüntüsü

Oyma işləri görmək üçün alətləri

Oyma işləri görmək üçün alətləri

Milli Qəhrəman Mübariz İbrahimovun ağac üzərində portreti

Milli Qəhrəman Mübariz İbrahimovun ağac üzərində portreti

Nizami Gəncəvinin yeni ağac üzərində portretini hazırlayıb

Nizami Gəncəvinin yeni ağac üzərində portretini hazırlayıb

Nizami Abbasovun portreti

Nizami Abbasovun portreti

Ağaclardan hazırladığı müxtəlif növlü fiqurlar

Ağaclardan hazırladığı müxtəlif növlü fiqurlar

Nar fiqurlarla ağac üzərində hazırladığı yeni fiqurlar

Nar fiqurlarla ağac üzərində hazırladığı yeni fiqurlar

Nizami Abbasov hazırlayacağı fiqurun üzərini yandıraraq əlavələr edir

Nizami Abbasov hazırlayacağı fiqurun üzərini yandıraraq əlavələr edir

Nizami Abbasovun yeni işləri

Nizami Abbasovun yeni işləri

''Xəmsə''nin müəyyən epizodlarını qapının üzərində həkk edib

''Xəmsə''nin müəyyən epizodlarını qapının üzərində həkk edib

Nizami Abbasov daha çox sərgilərdə iştirak etməyə üstünlük verir

Nizami Abbasov daha çox sərgilərdə iştirak etməyə üstünlük verir

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dvaw7c

Ən çox baxılan