Serj Sarkisyanın mühakiməsi başlayacaq

Keçən həftə yayımlanan bəyannamədə Sarkisyanın vəkilləri ittihamların əsassız olduğunu və hazırkı Ermənistan hakimiyyəti tərəfindən keçmiş Prezidentə qarşı təşkil edilmiş “siyasi təqibin” bir hissəsi olduğunu bildirib.

Source:


İttiham aktı məhkəməyə göndərilib

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın mühakiməsi başlayacaq, – “Azatutyun” xəbər verir.

Baş Prokurorluğun sözcüsü Arevik Xaçatryan Azadlıq Radiosunun Erməni Xidmətinə bildirib ki, ittiham aktı çərşənbə günü paytaxt Yerevanda məhkəməyə göndərilib.

Ermənistanin Ədliyyə Dairəsi isə cinayət işi materiallarının hələ onların əlinə keçmədiyini bildirib.

Xüsusi İstintaq Xidməti (SIS) dekabr ayının əvvəlində Sarkisyanı 2013-cü ildə fermerlərə subsidiya ilə dizel yanacağının verilməsi üçün ayrılmış dövlət vəsaitinin 489 milyon dramını (1 milyon dollar) mənimsəməkdə ittiham edir.

SIS iddia edir ki, Sarkisyan yanacaq tədarükü üçün təşkil edilmiş hökumət tenderinə müdaxilə edib. Bununla tenderi aşağı qiymət təklif edən digər yanacaq idxalçısı deyil, keçmiş Prezidentin uzun illərdir dostluq etdiyi iş adamı Barseğ Beglaryan qazanıb. Sarksyanla yanaşı Beglaryan və üç keçmiş hökumət rəsmisi də ittiham edilir. Şübhəlilərin beşi də ittihamı rədd edir.

Keçən həftə yayımlanan bəyannamədə Sarkisyanın vəkilləri ittihamların əsassız olduğunu və hazırkı Ermənistan hakimiyyəti tərəfindən keçmiş Prezidentə qarşı təşkil edilmiş “siyasi təqibin” bir hissəsi olduğunu bildirib.

Prosesi aparan SİS-in yüksək vəzifəli rəsmisi Artaşes Mayilyan 24 yanvar tarixində Azadlıq Radiosunun Erməni Xidmətinə bu iddiaları rədd edib.

Qeyd edilir ki, istintaq keçmiş Kənd təsərrüfatı naziri Serqo Karapetyanın sabiq prezidentə qarşı ittihamları əsasında başlayıb. Karapetyan və onun keçmiş müavini Samvel Qalstyan da şübhəli bilinən 5 nəfər arasındadır.

Sarkisyanın Respublikaçı Partiyası (HHK) ittihamları siyasi motivli adlandırıb. Partiya bildirir ki, Baş nazir Nikol Paşinyanı ictimai tənqid etdiyi üçün keçmiş prezidentdən qisas alınır.

Ermənistanı 2008-2018-ci illər arasında idarə etmiş Sarkisyan noyabr ayında Xorvatiyada keçirilmiş Avropa Xalq Partiyasının qurultayında çıxışı zamanı Paşinyanın hökumətini demokratiyanı təhlükəyə atmaqda və müxalifəti boğmaqda ittiham edib. O, Paşinyanın rəhbərlik etdiyi davamlı kütləvi etiraz aksiyaları zamanı 2018-ci ilin aprelində istefa verib. O vaxtdan etibarən keçmiş ölkə başçısı ictimai məkanda gözə batmamağa çalışıb.

Paşinyan “məxməri inqilab” zamanı Sarkisyanı, ailəsini və onun siyasi dairəsinin üzvlərini dəfələrlə korrupsiyada ittiham edib.

Ana səhifəDünyaSerj Sarkisyanın mühakiməsi başlayacaq