Sergey Lavrov: Tərəflər yubadılmadan danışıqlar masasına qayıtmalıdır

“Onlar müxtəlif yollarla real vəziyyəti qarışdırıb özlərinə sərf edən mənzərə yaradıb, dünyaya təqdim etməyə çalışırlar”.

Source: google.az


Keçmiş nazir: “Biz Rusiyanın mövqeyini təhlil edərkən əsasın Prezident Administrasiyasının açıqlamasına üstünlük verməliyik”

Sentyabrın 30-da Rusiya Xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə telefonla danışıb.

Məlumatı Rusiya Xarici İşlər Nazirliyi

yayıb

.

Rusiya Xarici işlər nazirinin davam edən genişmiqyaslı hərbi əməliyyatlardan ciddi narahatlığının ifadə olunduğu qeyd edilib:

«Atəşin dərhal dayandırılmasına və gərginliyin deskalasiyasına, habelə təxribatçı və davakar ritorikadan çəkinilməsinə çağırış səsləndirilib. Tərəflərin yubadılmadan danışıqlar masasına qayıtmasının zəruriliyi vurğulanıb”..

S.Lavrov müvafiq sazişlərin yaradılması üçün “meydança” verməyə hazır olduğunu deyib:

“Lavrov qeyd edib ki, Rusiya həm təklikdə, həm də Minsk qrupunun başqa həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla tənzimlənməsi üçün şəraitin yaradılmasında vasitəçilik səylərini davam etdirəcək".

Eyni zamanda, bu gün Rusiya XİN-nin İnformasiya və Mətbuat Departamentinin xarici muzdluların Dağlıq Qarabağ münaqişəsi zonasına göndərilməsi ilə bağlı açıqlama

yayıb

.

“Daxil olan məlumatlara görə, Dağlıq Qarabağ münaqişisə zonasına, o cümlədən Suriya və Liviyadan hərbi əməliyyatlarda iştirak etməsi məqsədilə qeyri-qanuni hərbi birləşmələrin döyüşçülərinin göndərilməsi həyata keçirilir. Münaqişə zonasında gərginliyin bir az da artmasına gətirib çıxaran, eyni zamanda regionun bütün ölkələrinin təhlükəsizliyi üçün uzunmüddətli təhdidlər yaradan bu proseslərdən dərin narahatlığımızı ifadə edirik»,- deyə nəlumatda bildirilib.

Açıqlama “bu məsələdə maraqlı olan dövlət rəhbərlərini xarici terrorçu və muzdluların münaqişədə iştirakının qarşısının alınması və onların regiondan çıxarılması yönündə addımlar atmağa çağırırıq”,- fikriylə tamamlanıb.

Meydan TV Sergey Lavrovun hərbi əməliyyatların dərhal dayandırılması və Rusiya XİN-nin İnformasiya və Mətbuat Departamentinin məlumatını şərh etmək üçün Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfüqarova müraciət edib.

Tofiq Zülfüqarov xatırladıb ki, Rusiyada münaqişəyə hərbi əməliyyatların bərpasından əvvəl də, indi də iki mövqe var:

“Doğrusu, bəzən bu xüsusiyyətləri dərk etmək üçün arqumentlər o qədər çox deyil. Amma başa düşməliyik ki, Rusiyanın Azərbaycan-Ermənistan konfliktinə ən azı iki mövqeyi var. Bu mənada biz prezidentin mövqeyinə əsaslanaq. Putin deyib ki, qonşu ölkələrin daxili işlərinə qarışmır. İkincisi, prezidentin mətbuat katibi Peskovun bəyanatı çox vacibdir. Peskov Putinin Əliyevə zəng edib-etməməsi sualına “hələ buna ehtiyac yoxdur” cavabını verib. Biz Rusiyanın mövqeyini təhlil edərkən əsasın Prezident Administrasiyasının açıqlamasına üstünlük verməliyik”.

tofiq_zulfiqar_(8).jpg
Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov Rusiya XİN-nin İnformasiya və Mətbuat Departamentinin məlumatını şərh edərkən deyib ki, hazırda Rusiyada və başqa ölkələrdə ermənipərəst qüvvələr təşvişdədirlər:

“Onlar müxtəlif yollarla real vəziyyəti qarışdırıb özlərinə sərf edən mənzərə yaradıb, dünyaya təqdim etməyə çalışırlar. Amma bu, təbii ki mümkün deyil”.

Tofiq Zülfüqarov Avropa Şurasının müraciət layihəsində münaqişənin hərbi yolla həllinin olmadığı və “Azərbaycan və Ermənistan heç bir qeyd-şərt qoymadan əsaslı danışıqlara başlamalıdırlar” müddəasına da münasibət bildirib:

“Azərbaycan dövlət başçısı danışıqları təkcə qrafik şəklində tərtib olunmuş sənəd üzərində başlaya bilər. 1992-ci ildə Minsk Qrupunun tərtib etdiyi sənəddə qeyd olunub ki, işğal olunmuş bölgələrdən bu və ya digər müddət ərzində işğalçı qüvvələr çıxmalıdır. Ardınca məcburi köçkünlər yurdlarına qayıtmalıdır. Prezident də bu qrafiki xatırlatmaqla rəsmi cavab verib. Ölkə başçısı bu gün də dedi ki, Ermənistan hansı müddətə işğal etdiyi ərazilərdən çıxmağa hazır olduğunu bəyan etsin. Əgər Ermənistan buna bənzər bəyanatlar versə, danışıqların bərpa olunması mümkündür”.

Sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində əsgər Elşən Məmmədov həlak olub. Sentyabrın 27-də atəşkəs yenidən pozulub. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də xalqa müraciət edib və ardınca ölkədə hərbi vəziyyət elan olunub. Müdafiə Nazirliyi sentyabrın 27-də yaydığı məlumata görə, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı kəndləri azad olunub. Bundan əlavə, açıqlamada Ağdərə rayonu və Murovdağ istiqamətlərində erməni postlarının dağıdıldığı, hakim yüksəkliklərin nəzarətə götürüldüyü bildirilir.

Sentyabrın 28-də isə qismən hərbi səfərbərlik elan edilib.

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Ermənistan tərəf isə baş verən döyüşlərə görə Azərbaycanı günahlandırır.

“Tovuz döyüşləri”ndə Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirib. Dörd hərbçisinin yaralanması ilə bağlı məlumat yayıb. Ermənistan tərəfi də 7 hərbçisinin ölməsi xəbərini açıqlayıb.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətSergey Lavrov: Tərəflər yubadılmadan danışıqlar masasına qayıtmalıdır