Sergey Lavrov

Mənbə: Meydan TV

Başlıq: Sergey Lavrov

Sergey Lavrov: Gələcəkdə Dağlıq Qarabağın statusunun müzakirəsi mümkündür

“Atəşkəsdən sonra Hadrut rayonuna yerləşdirilən adamların taleyi ayrıca müzakirə olunmalıdır”

“Dağlıq Qarabağın statusu məsələsi Ermənistanla Azərbaycan arasında həll olunmalıdır. Rusiya isə bölgədə sülh və sabitliyi təmin etməyə imkan yaradacaq qərarların axtarışında kömək etməyə hazırdır”.

Bu sözləri yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"O ki qaldı Dağlıq Qarabağı Rusiyanın tərkibinə daxil etmək kimi ekzotik təklifə, bizim ümumiyyətlə belə bir fikrimiz yoxdur ", - Lavrov bildirib.

Lavrov jurnalistlərin suallarına cavab verərkən qeyd edib ki, Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr bəyanatında bilərəkdən qeyd olunmayıb. Nazirin sözlərinə görə, status məsələsi ilə həm də ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olacaq.

Nazir Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında heç bir məxfi əlavənin olmadığını söyləyib.

Diplomat əlavə edib ki, Dağlıq Qarabağın statusunun müzakirəsi gələcəkdə mümkündür, mövzuya hələ qayıdılacaq, ancaq hazırda bu barədə danışmaq tezdir.

"Əsas odur ki, statusla bağlı Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq əsasında hüquqi diskussiyalar olsun ", - Lavrov əlavə edib.

Nazirin sözlərinə görə, Laçın dəhlizi ilə bağlı razılaşmaya əlavə olaraq, Azərbaycanın əsas ərazisinin qərb rayonları ilə Naxçıvan arasında daimi, etibarlı rabitə qurulacaq və bu razılaşma dövlət başçıları tərəfindən təsdiqlənib.

Lavrov deyib ki, Dağlıq Qarabağın Ermənistanla əlaqələrini kəsmək məsələsi heç vaxt gündəmdə olmayıb. O xatırladıb ki, Moskva, Bakı və Yerevan arasındakı sazişdə Ermənistanla Dağlıq Qarabağ arasında rabitənin Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi vasitəsilə təmin olunacağı barədə razılığa gəlinib.

Nazir həmçinin Rusiyanın hərbi əsirlərin “hamının hamıya” prinsipi ilə mübadiləsinə çalışdığını bildirib.

"O ki qaldı hərbi əsirlərə, bu məsələ də müzakirə olunub. Bu, 9 və 10 noyabrda imzalanan razılaşmaların tərkib hissəsidir. Atəşkəs elan olunandan sonra Hadrut rayonuna yerləşdirilən adamların taleyi isə 9 noyabr razılaşmalarına uyğun olaraq yox, ayrıca müzakirə olunmalıdır. Hazırda bizim hərbçilərimiz Azərbaycan və Ermənistan hərbçiləri ilə əlaqədədir, həmin şəxslərin harada ola biləcəyini müəyyənləşdirmək üçün ad siyahıları dəqiqləşdirilir ", - Lavrov əlavə edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/63aqm8

Ən çox baxılan