Səlahiyyət müddəti bitsə də, qərar çıxaran hakimlər

Bu hakimlərin çoxu yerli və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin məhkəmə işlərini aparıblar

Foto: Meydan TV


Bu hakimlərin çoxu yerli və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin məhkəmə işlərini aparıblar

Statistikaya görə Azərbaycan məhkəmələrində 560 nəfər hakim işləyir. Onların içərisində səlahiyyət müddəti bitsə də, iş başında olub qərar çıxaranlar da var.

Məhkəmələr və hakimlər haqqında qanunun 96-cı maddəsində yazılır ki, Ali Məhkəmənin hakimlərinin səlahiyyət müddəti üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. İndi səlahiyyət müddəti bitmiş hakimlərlə tanış olaq:

Abasov Əliövsət Məzahir oğlu
Abasov Əliövsət Məzahir oğlu- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- 1951-ci il təvəllüd- 68 yaş
Nəbiyev Etibar Qəzənfər oğlu
Nəbiyev Etibar Qəzənfər oğlu- Bakı Apelyasiya Məhkəməsinin hakimi- 1950-ci il- 69 yaş
Allahverdiyeva Ramella Allahverdi qızı
Allahverdiyeva Ramella Allahverdi qızı- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- 1950-ci il – 69 yaş
Rzayeva Gülzar Lətif qızı
Rzayeva Gülzar Lətif qızı- Ali Məhkəmənin hakimi- 1950-ci il- 69 yaş
Tağıyev Nazim Hüsü oğlu
Tağıyev Nazim Hüsü oğlu- Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin sədri- 1953-cü il- 66 yaş
  1. Abasov Əliövsət Məzahir oğlu- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- 1951-ci il təvəllüd- 68 yaş
  2. Abbasov İlqar Eyvaz oğlu- Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri- 1952-ci il təvəllüd- 67 yaş
  3. Allahverdiyeva Ramella Allahverdi qızı- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi- 1950-ci il – 69 yaş
  4. Nəbiyev Etibar Qəzənfər oğlu- Bakı Apelyasiya Məhkəməsinin hakimi- 1950-ci il- 69 yaş

5. Rzayeva Gülzar Lətif qızı- Ali Məhkəmənin hakimi- 1950-ci il- 69 yaş

6. Seyidova Səriyyə Seyid qızı- Bakı Apelyasiya Məhkəməsinin hakimi- 1950-ci il- 69 yaş

7. Tağıyev Nazim Hüsü oğlu- Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin sədri- 1953-cü il- 66 yaş

8. Rüstəmov Əli Məhəmməd oğlu- Ali Məhkəmənin hakimi- 1949-cu il- 70 yaş

Bu hakimlərin çoxu yerli və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin məhkəmə işlərini aparıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevadan başlayaq. – O, araşdırmaçı jurnalist Xədicə İsmayılovanın, “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, Əli Kərimlinin qaynı Elnur Seyidovun, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işində hakim olub. O, Xədicə İsmayıla 7 il 6 ay, Elnur Seyidova da 7 il 6 ay həbs cəzası verib. Əvəz Zeynallını 9 il müddətinə azadlıqdan məhrum edib.

Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov Nardaran məhbusu Mübariz Ağarzayevin hakimi olub. Onu 2 il müddətinə azadlıqdan məhrum edib.

Bakı Apelyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyev 2019-cu ilin aprelində Meydan TV-nin saytının ölkə ərazisində bloklanması işinə baxıb. Səbail Rayon Məhkəməsinin online tv-nin yayımına qadağa qoyulması ilə bağlı 2017-ci ildə verdiyi qərarı qüvvədə saxlayıb. Hakim bu qərarı verəndə qanunla göstərilmiş səlahiyyət müddəti 3 il idi

bitmişdi.

Ali Məhkəmənin hakimi Gülzar Rzayeva hüquqşünas İntiqam Əliyev, SMDT-nin rəhbəri Anar Məmmədli, həmin QHT-nin icraçı direktoru Bəşir Süleymanlı, ReAL Partiyasının sədri İlqar Məmmədov, Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işlərinə baxıb.

2016-cı ildə hakim hüquqşünas İntiqam Əliyevin 7 il 6 ay həbs cəzasından verdiyi kassasiya şikayətini təmin etməyib. İki ay sonra Ali Məhkəmədə Baş Prokuror Zakir Qaralovun İntiqam Əliyevin cəzasının ağır olmasına dair əlavə kassasiya protestinə baxılıb və o, azadlığa buraxılıb.

2014-cü ildə hakim hüquq müdafiəçisi Anar Məmmədlinin 5 il 6 ay, Bəşir Süleymanlının 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasından verdiyi kassasiya şikayətini təmin etməyib. Avropa Məhkəməsi Anar Məmmədlinin işi üzrə azadlıq hüququ maddəsi ilə yanaşı, 18-ci maddənin, hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması pozuntusunu tanıyıb. Məhkəmə hökuməti 22.500 avro cərimələyib.

Gülzar Rzayeva 2016-cı ilin noyabrında ReAL Partiyasının sədri İlqar Məmmədovun 7 illik, Tofiq Yaqublunun 5 illik həbs qərarından verdiyi kassasiya şikayətini təmin etməyib. Avropa Məhkəməsi İlqar Məmmədovun həbsi ilə bağlı qərarında hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması pozuntusunu tanıyıb.

Ana səhifəXəbərlərSəlahiyyət müddəti bitsə də, qərar çıxaran hakimlər