Səksəkə içində yaşam – sərhəddən reportaj

Səksəkə içində yaşam – sərhəddən reportaj

Rusiyanın “Ruptly” xəbər agentliyi Azərbaycan-Ermənistan sərhəd xəttindən reportaj hazırlayıb. Görüntülərdən hər iki bölgədə mülki sakinlərin evlərinin zərər gördüyü bəlli olur. İnsanlar dağıntılar arasında yaşamağa məcbur qalıb. Tovuzun Dondar Quşçu kəndinin sakinləri atışmalara rəğmən gündəlik əkin-biçinlə məşğuldur. Sakinlər hələ ki, ərazini tərk etmək niyyətində deyil.

Ermənistan tərəfdə, Aygepar kəndində də vəziyyət fərqli deyil: dağılmış evlər, güllə izləri, gündəlik həyatına davam edən sakinlər.

12 iyuldan başlayan atışmalarda tərəflər bir-birlərini kəndləri atəşə tutmaqda ittiham edirdilər. Vətəndaşlarsa səksəkə içində, növbəti atəşi gözləyərək yaşamağa davam edirlər.

Ana səhifəVideoSəksəkə içində yaşam – sərhəddən reportaj