Səkkiz ukraynalı hərbçinin girov götürüldüyü deyilir

“Hərbi qulluqçular Novotroyitske şəhəri yaxınlığında saxlanılıblar”

Source: Anna-News

Ukraynanın hakimiyyət orqanları Donetskin şərq bölgəsində 8 nəfər hərbçilərinin girov götürüldüyünü açıqlayıb. Hökumət hərbçiləri Rusiyanın dəstəklədiyi döyüşçülərin tutduğunu iddia edir. Məlumatı Azadlıq Radiosu yayıb.

Ukraynanın ölkənin şərqindəki Ortaq Qüvvələr Əməliyyatları (OOS) açıqlayıb ki, əsgərlər mayın 22-də əsir alınıb:

“İlkin məlumatlara görə, bu gün səhər saatlarında Ukraynanın OOS-dən olan səkkiz hərbi qulluqçusu Novotroyitske şəhərinin yaxınlığında yük maşını ilə yanlış dönüş edib. Onlar işğal edilmiş ərazilərə daxil olublar və Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən ələ keçiblər", – OOS bəyanatında deyilir.

Ukrayna ordusu Donetsk və Luqansk bölgələrinə nəzarət edənləri Rusiyanın dəstəklədiyi separatçı qüvvələr adlandırır. Onlara "Rusiya Federasiyasının silahlı qüvvələrinin döyüşçüləri" – kimi istinad edir.

Məlumatda həmçinin deyilir ki, bu ərazilərdə müharibə zamanı rus əsgərləri də iştirak edib. Bu iddianı Moskva rədd etsə də, Kiyev və NATO söylənənləri sübuta ehtiyacı olmayan dəlil hesab edir.

Ukrayna Müdafiə Nazirliyi günün əvvəlində qeyd edib ki, son 24 saatda Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən atəşkəs düz beş dəfə pozulub. Nəticədə üç əsgər yaralanıb.

Separatçılar isə bildirirlər ki, mayın 21-dən bu yana atəşkəs iki dəfə pozulub. Onlar bunda hökumət güclərini ittiham edirlər.

2014-cü ilin aprelindən etibarən şərqi Ukraynada 13 min nəfər həlak olub. Tərəflər arasındakı atəşkəs Minsk razılaşmasının tərkib hissəsi olaraq elan edilib.

Martın 8-də yeni atəşkəs razılaşması əldə olunub. Həmin gündən tərəflər bir-birini təkrarlanan atəşkəs pozuntusunda günahlandırır.

Bölgədə Donbas kimi tanınan münaqişə mayın 20-də prezident olan Volodymyr Zelenskinin qarşısında duran ən böyük çətinlik sayılır.

Ana səhifəDünyaSəkkiz ukraynalı hərbçinin girov götürüldüyü deyilir