Şəkinin mərkəzində ayı

Mənbə: Foto: http://eco.gov.az/

Başlıq: Şəkinin mərkəzində ayı

Şəkinin mərkəzində ayı peyda olub (yenilənib)

Məqalə yeniləndi:  31 May 2020

***

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova ayının şəhərdə görünməsini qeyri-adi bir hadisə hesab etməyib. Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

O, deyib ki, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman müşahidə olunur:

“Qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir. Ayının sağ-salamat Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulduğunu bildirib:

"Preparatın tam təsir göstərməsi gözlənilir. Bundan sonra vəhşi heyvanın Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilməsi həyata keçiriləcək. Ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq".

***

Nazirlik vətəndaşlar xəbərdarlıq edib

Şəki rayonunun mərkəzində mayın 31-də səhərə yaxın yerli sakinlər ayı ilə rastlaşıblar.

Sakinlərin olayla bağlı polisə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional şöbəsinə məlumat verdiyi bildirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, həm insanların təhlükəsizliyi, həm də ayıya zərər gəlməməsi üçün bütün tədbirlər görülür:

“Hələ də təhlükə olduğunu nəzərə alaraq bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyatlı olsunlar”.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür.

O, mütəxəssis heyətinin müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunduğunu əlavə edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  31 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ygzswe

Ən çox baxılan