qəzaya uğrayan maşın

Mənbə: Foto: Trend

Başlıq: qəzaya uğrayan maşın

Şəkidə: Turistləri aparan mikroavtobus aşdı

Yük maşını 2 azyaşlının yaralanmasına səbəb oldu

Şəkidə turistləri aparan mikroavtobusun qəzaya uğradığı deyilir. Hadisə iyulun 16-da Şəkinin Kiş kəndində baş verib.

Trend”in məlumatına görə, turistləri daşıyan "Sprinter" markalı mikroavtobusla "Opel" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Elə həmin gün Şəkidə 2 azyaşlının xəsarəti ilə nəticələnən daha bir yol qəzası baş verib. Hadisə rayonun Yuxarı Karvansaray adlanan ərazisində olub. Məlumata görə, şəhər ərazisində torpaqla dolu "ZİL" markalı yük avtomobili idarəetməni itirərək divara çırpılıb. Nəticədə yük maşınındakı torpaq ərazidə olan azyaşlılar - 2009-cu il təvəllüdlü İsmayıl Babayev və 2007-ci il təvəllüdlü Mirağa Mehdiyevin üzərinə tökülüb.

Hər iki azyaşlı Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İyulun 14-də isə Şəki şəhərində Xan Sarayının yanındakı Şərq çinarı ağacının bir qolu qırılaraq aşıb və 19 nəfər yaralanıb. Yaralıların əksəriyyətinin yerli və xarici turistlər olduğu bildirilir. İyulun 15-də yaralılardan biri, 32 yaşlı Xatirə Ağamalıyeva vəfat edib.

Səhiyyə Nazirliyinin iyulun 16-da açıqladığı məlumata görə,

Şəki Şəhər Mərkəzi Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırdır.

İyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ua3rz5

Ən çox baxılan