Səhiyyə Nazirliyi

Mənbə: Səhiyyə Nazirliyi

Başlıq: Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi: Virusa yoluxma ilə bağlı azalma müşahidə olunur

"2 milyondan artıq doza peyvənd istifadə edilib"

Səhiyyə Nazirliyi karantin rejiminin yumşaldılması ilə bağlı açıqlama yayıb.

Nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev bildirib ki, may ayı ərzində COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə, azalma müşahidə olunur: “Yoluxmalar ailə və qohumluq əlaqəsi olan insanlar arasında daha çox qeydə alınıb. Hazırda ölkədə epidemioloji durumu sabit qiymətləndirmək olar. Bu virusa tam qalib gəlməyə uzun müddət lazımdır. Çünki COVID-19 pandemiyası dünya əhalisi üçün ciddi bir təhlükə yaratmaqda davam edir. Yalnız bir statistik məlumata diqqət yetirmək kifayət edər ki, dünya üzrə 2021-ci ilin beş ayında 2020-ci ilə nisbətən koronavirus infeksiyası və bu xəstəlikdən ölüm hadisələri daha çox olub”.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq bu il yanvarın 18-dən peyvənd kampaniyasına başlanıb.

Hazırda Azərbaycanda ümumilikdə 2 milyondan artıq doza peyvənd istifadə edilib, 880 min nəfərdən çox insan ikinci, yəni tam peyvəndi alıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev epidemioloji vəziyyəti qiymətləndirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nnxylz

Ən çox baxılan