Səhiyyə Nazirliyi: “Azərbaycana meymunçiçəyi testləri gətirilib”

Səhiyyə Nazirliyi, Foto: Meydan TV

Nazirlik xəstəliyə qarşı tədbirlərə hazır olduğunu deyir

Azərbaycana meymunçiçəyi testlərinin gətirildiyi bildirilir.

Səhiyyə Nazirliyi bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib.

Bildirilir ki, Azərbaycana gətirilən 3 min diaqnostik test artıq Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.

Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar var.

Nazirliyin məlumatında bildirilir ki, şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.

Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun səbəb olduğu bu nadir xəstəlik Avropada ilk dəfə mayın əvvəlində aşkarlanıb.

Ana səhifəSağlıqSəhiyyə Nazirliyi: “Azərbaycana meymunçiçəyi testləri gətirilib”