Səhiyyə nazirinin bağladığı klinikanın taleyi necə oldu?

Səhiyyə Nazirliyi susur, Fərman Ceyranov isə “yaxın günlərdə imkan tapıb Azərbaycan mətbuatına bu barədə geniş açıqlama verəcəm” dedi

Source:


Səhiyyə Nazirliyi susur, Fərman Ceyranov isə “yaxın günlərdə imkan tapıb Azərbaycan mətbuatına bu barədə geniş açıqlama verəcəm” dedi

Səhiyyə Nazirliyi Bakıda 10 ildən çox fəaliyyət göstərən  “Lanset” klinikasının fəaliyyətinə qadağa qoyması ilə bağlı heç bir açıqlama vermir. Bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev klinikanın fəaliyyətinə növbəti mərhələ üçün lisenziya verməkdən imtina edib və bunun üçün heç səbəb göstərməyib.


Klinika tibb elmləri doktoru, tanınmış cərrah Fərman Ceyranlıya məxsusdur. Maraqlıdır ki, klinikanın bağlanması Tiflisdə “Lanset” klinikasının fəaliyyətə başlamasından dərhal sonraya təsadüf edir. Həmin klinikanı da Bakıdakı “Lanset”in sahibi professor Fərman Ceyranlı yaradıb.


Tiflisdəki “Lanset” tibb mərkəzi hazırda bütün Zaqafqaziyanın ən böyük xəstəxanası sayıla bilər. Psixatriyadan başqa bütün sahələri əhatə edən xəstəxana ən yüksək tibbi avadanlıqlarla, yüksək dərəcəli xarici və yerli həkim personalı ilə, vertolyot meydançası və hotellə təmin olunub. Artıq Azərbaycandan da həmin klinikaya üz tutanlar var və mətbuatda gedən məlumatlarda tanınmış müğənni Flora Kərimova da orada səs tellərini uğurla əməliyyat etdirdiyini təsdiqləyib.

Gürcüstanda bu qədər iri həcmli işi həyata keçirərkən heç bir problemlə üzləşməyən, əksinə, hökumətdən yüksək dəstək görən Fərman Ceyranlı bildirib ki, Tbilisidə peşəkarlığa görə dünya tibbi ilə baş-başa gedən, lakin qiymətləri regiona çox sərfəli olan bir klinika qurmaq istəyir və işlərindən razıdır.

Bəs Azərbaycanda niyə onun işlərin qarşısı alındı? Səhiyyənin Nazirliyinin heç bir açıqlama verməməsinə rəğmən, Fərman Ceyranlı bunun ciddi səbəblərinin olduğunu bildirir. “Düşünürəm ki, bu səbəbləri bütün cəmiyyət bilməlidir” deyən F.Ceyranlı vurğulayır ki, mətbuata verdiyi söz qüvvədədir, yeni işə başlayan klinikada işgüzar qayğılarının sıxlığına baxmayaraq, o, yaxın günlərdə imkan tapıb Azərbaycan mətbuatına bu barədə geniş açıqlama verəcək.

Ana səhifəXəbərlərSəhiyyə nazirinin bağladığı klinikanın taleyi necə oldu?