Şəhidlər Xiyabanında ziyarətçi: “20 yanvar hadisəsinin günahkarları cəzalandırılmayıb”

Şəhidlər Xiyabanında ziyarətçi: “20 yanvar hadisəsinin günahkarları cəzalandırılmayıb”

“İlqar hamısından kiçik olduğuna görə… 14 yaşı var idi. Hamısından kiçik olduğuna görə onun ürəyimdə yeri ayrı idi. Neçə illərdir onun şəklini böyütdürüb gətirirəm. Hər gələndə də ürəyimdə deyirdim ki, “ qanınız yerdə qalmayacaq”. İndi mən fəxrlə danışa bilirəm. Bu 29 ildə danışa bilmirdim, qızım”- Ağakərim Manafov gözləri yaşara-yaşara danışır.

SSRİ tarixində ilk dəfə sovet ordusu bir sovet şəhərinə hücum edib, həm də sülh dövründə.

1990-cı il 20 yanvarda Bakıya Sovet ordusu yeridilib. Rəsmi Moskva bunu Bakı ermənilərinə qarşı zorakılığın qarşısını almaq üçün etdiyini desə də, daha sonra AXC-nin hakimiyyəti ələ keçirməsinə mane olmaq üçün şəhərə hücum etdiyini etiraf edib. Sovet ordusunun hücumu nəticəsində 146 nəfər mülki vətəndaş həlak olub. Hadisəyə siyasi qiymət verilsə də, hüquqi qiymət verilməsi yubanır.

Ana səhifəVideoŞəhidlər Xiyabanında ziyarətçi: “20 yanvar hadisəsinin günahkarları cəzalandırılmayıb”