Şəhid anası: “Oğlumun tək arzusu evimizin olması idi”

Şəhid anası: “Oğlumun tək arzusu evimizin olması idi”

44 günlük müharibədə yeganə oğlunu itirən Lətafət xanım üçün indi həyat ağırdır. Oğlu 23 yaşlı Yusif Budaqov Füzuli uğrunda gedən döyüşlərdə həlak olub. Bir otaqlı, təmirsiz kirayə evdə yaşayan Lətafət xanım evin bir hissəsini oğluna ayırıb. Otağın bir küncündə onun şəkilləri, paltarları durur. Divardan asılmış saata şəkli həkk edilmiş Yusif Budaqov üçün artıq zaman dayanıb.

Yusifin arzusu bir evlərinin olması və anasına yaxşı həyat yaşatmaq idi. Atası həyatını itirəndən sonra evin bütün yükü onun çiyinlərində idi. Yusif klinikada texnik kimi çalışırdı. Müharibədən bir həftə öncə onu təlimə aparmışdılar.

Yusif həyatda olmasa da, valideyniylə bağlı arzusunu reallaşdıracaq. Ölkə başçısı İlham Əliyevin yeni imzaladığı sərəncamına görə şəhid ailələri 5 il içində mənzillə təmin olunacaq. 10 illik kirayələrdən sonra onlara yeni ev veriləcək, amma bu Lətafət xanımı sevindirmir.

Ana səhifəVideoŞəhid anası: “Oğlumun tək arzusu evimizin olması idi”