Sədərək ticarət mərkəzində yanğın olub

“Sədərək” ticarət mərkəzində avqustun 4-də yanğın baş verib.

Source: meydan tv


Yanğın anbarda baş verib

“Sədərək” ticarət mərkəzində avqustun 4-də yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi

nin məlumatına görə, mərkəzin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb.

Yanğının parfümer malların olduğu anbarda baş verdiyi qeyd olunub.FHN anbarın qalan hissəsinin və bitişik anbarların yanğından mühafizə olunduğunu bildirib.

Bu il Bakıda fəaliyyət göstərən digər ticarət mərkəzində də böyük yanğın baş verib.

Martın 26-da

səhər saatlarında paytaxtın Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzində yanğın baş vermişdi.

Yanğın nəticəsində ticarət mərkəzi yararsız hala düşüb və alov yaxınlıqdakı ticarət obyektlərinə də keçib.

Bir neçə gün əvvəl ticarət mərkəzinin söküntüsü başa çatıb.

Ana səhifəXəbərlərSədərək ticarət mərkəzində yanğın olub