Serj Sarkisyan

Mənbə: aysor.am

Başlıq: Serj Sarkisyan

Sarkisyana cinayət işi açılıb

Məqalə yeniləndi:  13 Oktyabr 2021

Eks-prezident vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir

Ermənistanın eks-prezidenti Serj Sarkisyana cinayət işi açılıb.

Ermənistanın Xüsusi İstintaq Xidmətinin açdığı cinayət işi Serj Sarkisyanın prezidentliyi dövründə Almaniyanın Baden-Baden kurortuna səfərləri ilə bağlıdır.

AzadlıqRadiosunun Erməni xidməti - "Azatutyun" yaydığı xəbərə görə, bu barədə prokurorluq orqanlarına “Məlumatlı Vətəndaşlar Birliyi” ictimai təşkilatı müraciət edib.

Baş Prokururluq da işi araşdırması üçün Xüsusi İstintaq Xidmətinə göndərib.

Sabiq dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

Bildirilir ki, onun səlahiyyətlərindən istifadə etməsi ağır nəticələrə səbəb olub.

İstintaq materiallarında qeyd olunur ki, Sarkisyanın istifadəsinə verilmiş təyyarə 2008-2017-ci illərdə yüksək vəzifəli şəxslərə xidmət edib və heç bir rəsmi səbəb olmadan dövlət vəsaiti hesabına Almaniyanın bahalı Baden-Baden kurortuna 10 dəfədən çox uçuş həyata keçirib.

Xüsüsi İstintaq Xidməti də həmin müddətdə Serj Sarkisyana xidmət edən təyyarənin Baden-Badenin Karlsrue aeroportuna çoxsaylı uçuşlar etdiyini təsdiqləyib: "Bəzi hallarda reyslər mövcud qaydaların pozulması ilə təşkil olunub. Sözügedən uçuşlar üçün Prezident Aparatından hər hansı yazılı və rəsmi göstəriş verilməyib. Ancaq hazırda bu iş üzrə prosessual status baxımından konkret olaraq heç kim şübhəli və ya müttəhim qismində dindirilməyib".

Xüsusi İstintaq Xidməti təfərrüatlar barədə geniş açıqlama verməyib.

Serj Sarkisyanın vəkili Amram Makinyan cinayət işinin qaldırılmasını şou və uydurma adlandırıb.

Vəkil qeyd edib ki, istintaqının ilkin mərhələsi olduğu üçün müdafiə taktikasına əsaslanır və ətraflı şərh vermək istəmir: "Əmin edirəm ki, hər hansı bir uydurma cinayət işi qaldırmaqla cəmiyyətin diqqətini təhlükəsizlik, müdafiə, sağlamlıq və digər problemlərdən yayındırmaq mümkün olmayacaq".

Serj Sarkisyan 2008-2018-ci illərdə Ermənistanın prezidenti olub.

O, 17 aprel 2018-ci ildə Ermənistanın Baş naziri seçildə də, müxalifətin bütün ölkə boyu başlatdığı genişmiqyaslı etirazlardan sonra 23 apreldə istefa verib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 Oktyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/h83fn8

Ən çox baxılan