Sami Yusuf

Mənbə: Foto: arxiv

Başlıq: Sami Yusuf

Sami Yusuf “Azərbaycan” adlı kompozisiyasını yayımlayıb

Video-çarxda Sami azərbaycanlı müğənnilər də çıxış edib

Müğənni Sami Yusuf “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqrama daxil olan mövzu-kompozisiyalardan biri “Azərbaycan”ı “YouTube” kanalında paylaşıb.

Video-çarxda Sami Yusufla bərabər xanəndə Təyyar Bayramov, Kənan Bayramlı, əməkdar artist Sevda Ələkbərzadə, aşıq Samirə də çıxış edib.

Bu il iyunun 30-da Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqram “Qobustan”, “Atəşgah”, “Nəsimi poeziyası”, “Rəqs edən ürəklər”, “Xalçalar”, “Şirvanşahlar sarayı”, “Novruz bayramı”, “Şəki Xan sarayı” və “Azərbaycanın gələcəyə baxışı” mövzularına həsr olunub.

Böyük Britaniyada yaşayan Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusuf BMT-nin sülh elçisidir.

Albomları ilə dünya şöhrəti qazanan musiqiçi “Time” jurnalı tərəfindən “İslam dünyasının ən böyük musiqi ulduzu” elan olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8eh4m7

Ən çox baxılan