Mənbə: Meydan TV

Sahibkarın işini əlindən alan şirkət prezidentin ailəsinə məxsus olub

Sahibkarın işini əlindən alan şirkət prezidentin ailəsinə məxsus olub

Hava Limanında yüklərin üzlənməsi üçün alınan aparatlar 11 ildir işləksiz qalmaqdan pas atıb. Aparatların sahibi Ağamalı Baxşəliyev 16 il Ukraynada çalışıb pul yığandan sonra Bakı aeroportunda işləməyə qərar verib. Yaratdığı “Məhəmmədəli” şirkəti 1998-ci ildən 2009-cu ilə qədər Hava limanında yüklərin üzlənməsi işini baxıb. Ta ki, 2009-cu ildə “Silk Way” şirkəti onlarla bağladığı müqaviləni ləğv edənə qədər.

“2009-cu ildə Hava Limanında bütün xidməti işlərin hamısını “Silk Way” aviaşirkətinə keçirdilər. Bizə də göstəriş verildi ki, gedib onlarla müqavilə bağlayaq. Yoldaşım Baxşəliyev Ağamalı “Silk Way” aviaşirkəti ilə müqavilə bağladı. İlimiz tamam olmamış dekabr ayında heç bir səbəb göstərilmədən, yoldaşım evə gələndə gecə ilə bütün avadanlıqların hamısın çıxarıb aeroportdan çölə atdılar”

“Məhəmməli” şirkətinin 39 işçisi olub. Briqada rəhbəri Şakir Mustafayev şirkət Hava Limanından çıxarılandan sonra işsiz qalıb.

Zəminə Baxşəliyeva deyir ki, yoldaşı işini itirdikdən sonra yataq xəstəsi olub. O, 2019-cu ildə zərərin ödənilməsi üçün “Silk Way” şirkətini məhkəməyə verib. Şikayətçi bildirib ki, təkcə bir aparatın qiyməti 85 min dollardır, digər 6 cihaz isə Bakıda yığılıb. Ali Məhkəməyə qədər gedib çıxan işdə şikayətçinin məhkəməyə müraciət müddətini keçirdiyinə görə işə baxılmayıb. Mülki qanunvericiliyə görə şikayətçi müqaviləyə xitam veriləndən sonra 1 ay müddətində məhkəməyə müraciət etməlidir. Həmin vaxt hadisənin üstündən 10 il keçmişdi.

İş yerlərindən olandan sonra Zəminə Baxşəliyeva ölkə başçısı İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya müraciət edib. Amma heç bir nəticəsi olmayıb.

Səsləndirilən iddialarla bağlı “Silk Way” şirkətindən cavab almaq mümkün olmayıb.

2010-cu ildə AzadlıqRadiosu “Silkway Holding”in prezident ailəsinə bağlı olduğunu araşdırıb üzə çıxarmışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/sotl7u

Ən çox baxılan