Sahələrə mərmi atıldığından Bərdə sakinləri məhsullarını yığa bilmirlər

Sahələrə mərmi atıldığından Bərdə sakinləri məhsullarını yığa bilmirlər

Ermənistan ordusunun atdığı mərmilərin bir neçəsi Bərdədə əkin sahəsinə düşüb. Sakinlər təhlükəyə görə sahələrdən məhsullarını yığa bilmirlər. “Kələmdir, çuğundurdu, heç birin sata bilmirik. Becərdiklərimiz qalıb əlimizdə, heç birini sata bilmirik. Sahəyə alıcı gəlmir”- kənd sakini Şərqiyyə Məmmədova deyir. Sahəyə çıxmaq təhlükəli olduğundan Natiq Məmmədov mal-qarasını həyətində yemlədib, burada saxlayır. Atəş səsləri evlərə hər gün yaxınlaşsa da, sakinlər yaşadıqları yerlərdən çıxmayacaqlarını deyirlər.

Ana səhifəVideoSahələrə mərmi atıldığından Bərdə sakinləri məhsullarını yığa bilmirlər