Sahara səhrasına 37 il sonra qar yağıb

Dekabrın 19-da Böyük Səhraya (Sahara) qar yağıb. Axırıncı dəfə bu səhraya qar 1979-cu ildə yağıb

CNN-in məlumatına görə, qar yağmasını iqlim dəyişikliyi ilə əlaqələndirən mütəxəssislər də var.

Afrikanın şimalında yerləşən böyük səhranın uzunluğu qərbdən şərqə qədər 4800 km, şimaldan cənuba isə 800–1200 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir. Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saharanın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunub.

Fotolar Kərim Buşetataya məxsusdur. 

Фото: Karim Bouchetata / Geoff Robinson Photography / REX / Vida Press

Фото: Karim Bouchetata / Geoff Robinson Photography / REX / Vida Press

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/oj3tm4

Ən çox baxılan