Sabir Rüstəmxanlı yenə partiya sədri oldu

Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ildə təsis olunub.

Source: Foto: arxiv


Partiyanın qurultayı onlayn keçirilib

Fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının VIII qurultayı keçirilib.

73 rayon təkilatının 425 nümayəndəsindən 395 nəfərinin qatıldığı qurultay onlayn formatında baş tutub.

Bu barədə partiyanın səlahiyyətli nümayəndəsi Samir Əsədli Meydan TV-yə danışıb. Samir Əsədli qurultayda 7 nəfərin MNTK, 115 nəfərin Ali Məclisə üzv seçildiyini əlavə edib.

Qurultayda Sabir Rüstəmxanlı alternativsiz sədr seçilib. Sədr yaxın günlərdə müavinlərini təyin edəcək.

Ali Məclis isə ilk toplantısında sədr və müavinlərini seçəcək.

Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ildə təsis olunub.

Ana səhifəSiyasətSabir Rüstəmxanlı yenə partiya sədri oldu