Mənbə: Rüstəm Muradov

Rüstəm Muradov: Rusiyalı sülhməramlılar Qarabağda minimum beş il qalacaqlar

Məqalə yeniləndi:  10 Sentyabr 2021

“Hazırda Qarabağda həyat tam ritmi ilə davam edir"

“Rusiyalı sülhməramlılar beş il ərzində Dağlıq Qarabağ ərazisində olacaqlar, üçtərəfli bəyanatda qeyd olunur. Daha sonra missiyanın uzadılması barədə qərar qəbul olunacaq”, - Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri qismində öz missiyasını bitirmiş general-leytenant Rüstəm Muradov bu haqda TASS İnformasiya Agentliyinə bildirib.

O, öz işini pozitiv qiymətləndirərək qeyd edib ki, hazırda Qarabağda həyat tam ritmi ilə davam edir.

“Rusiyanın sülhməramlı missiyasının fəaliyyətini müsbət qiymətləndirirəm. Bizə bu qiyməti dinc əhali verir – hazırda Qarabağda həyat tam ritmi ilə davam edir. Sözsüz ki, çox mürəkkəb məsələlər var, lakin proses gedir – insanlar qayıdır, bir sıra problemli məsələlər çözülür. Odur ki, zənnimcə, hər şey normal olacaq”, – Muradov deyib.

Rüstəm Muradov Rusiyanın Dağlıq Qarabağda sülhməramlı kontingentinin komandanı vəzifəsini 2020-ci ilin noybarından icra edib. Onu bu vəzifədə general-mayor Mixail Kosobokov əvəzləyib.

Rusiya sülhməramlıları Qarabağda ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq 5 il müddətinə yerləşdirilib. Əgər növbəti 5 il üçün müddətin bitməyinə 6 ay qalmış tərəflərdən hər hansı biri missiyanın qarabağdan çıxarılmasını tələb etməzsə, müddət avtomatik olaraq uzadılacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Sentyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q9wk1k

Ən çox baxılan