Rüstəm İbrahimbəyovun təşkilatının səlahiyyətləri təsdiq edilib

Əli İsa Cabbarov bildirib ki, ittifaqın iyulun 16-da keçirilən konfransında sədr və İdarə Heyəti seçildi.

Foto: Meydan tv


Ədliyyə Nazirliyi Kinematoqrafçılar İttifaqının konfransından sonra qərar qəbul edib

Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbər orqanlarının səlahiyyətlərini təsdiq edib.

Məlumatı Meydan TV-yə təşkilatın katibi Əli İsa Cabbarov verib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri kinorejissor Rüstəm İbrahimbəyov, üzvləri isə Anar, Rasim Balayev, Cəmil Fərəcov, Ziya Şıxlinski, Əli İsa Cabbarov, Firəngiz Qurbanova, Baba Vəziroğlu, Məbud Məhərrəmov, Şükufə Yusupova, Əsəd Əsədov, Həmidə Ömərova, Nizami Abbas, Tahir Əliyev, Lalə Əfəndiyeva, Oleq Səfərəliyev, Cavid İmamverdiyev və Mirbala Səlimlidir.

Əli İsa Cabbarov bildirib ki, ittifaqın iyulun 16-da keçirilən konfransında sədr və İdarə Heyəti seçildi.

“İttifaqın nizamnaməsini “Qeyri Hökumət Təşkilatları haqqında” qanunun tələbinə uyğun redaktə etmək və rəhbər orqanları yenidən seçmək tələb olunurdu. Ona görə konfrans keçirildi. Ümumiyyətlə, 1963-cü ildə təsis olunmuş İttifaqın heç vaxt qeydiyyat problemi olmayıb”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı 11 yanvar 1963-cü ildə təsis edilib, ilk sədri Lətif Səfərov olub. Təşkilatın 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilib. İttifaq MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasınn təsisçilərindən biridir və üzvüdür.

Ana səhifəXəbərlərRüstəm İbrahimbəyovun təşkilatının səlahiyyətləri təsdiq edilib