Rusiyanın Patriarxı Mehriban Əliyevaya orden verdi

Azərbaycanın Birinci vitse-prezidenti Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülüb

Source:


Azərbaycanın Birinci vitse-prezidenti  Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunub.

APA yazır ki, Moskvada Xilasedici İsa Məsih məbədində keçirilən mərasimdə ordeni M. Əliyevaya Moskva və bütün Rusiyanın Patriarxı Kirill təqdim

edib.

M.Əliyeva bu ordeni Rus Pravoslav Kilsəsini təmir etdirdiyinə görə alıb.

Bu orden əsasən kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlara verilir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 2013-cü ildə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə də Rusiyada ilk abidə ucaldılıb. Lakin görülən işlərə xərclənən pulların həcmi

açıqlanmır

.

Ana səhifəXəbərlərRusiyanın Patriarxı Mehriban Əliyevaya orden verdi