“Rusiyadakı hərbi təlimlər Azərbaycanın milli təhlükəsizliyi baxımından narahatlıq yaradır”

C.Məmmədov hesab edir ki, Rusiya “Qafqaz-2020” təlimlərini keçirməklə əsasən bu hədəflərə köklənib

Source: https://www.aa.com.tr/ru/


Cəsur Məmmədov: “Əməliyyatların sınaqdan keçirilməsi Rusiyanın Azərbaycana növbəti hədəsi kimi qəbul oluna bilər”

Azərbaycan 21-26 sentyabr tarixlərində Rusiyada keçiriləcək “Qafqaz-2020” hərbi təlimlərində iştirak etməyəcək.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Nazirlik bildirib ki, hərbi təlimlərə Azərbaycandan iki nəfər hərbi qulluqçunun müşahidəçi qismində göndərilməsi planlaşdırılır.


SİTA

Rusiyanın Müdafiə Nazirliyinə istinadən bildirib ki, 21-26 sentyabrda baş tutacaq “Qafqaz-2020” hərbi təlimləri Şimali Qafqazda, Həştarxanda, Volqoqorod, Rostov vilayətlərində, Kuban və Stavrapol şəhərlərində keçiriləcək. Bundan əlavə, təlimlərə Belarus, İran, Ermənistan, Çin, Myanmi və Pakistanın hər birindən min hərbçi qatılacaq.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov Meydan TV-yə deyib ki, “Qafqaz-2020” strateji təlimləri vasitəsilə Rusiyanın az qala bütün regional hərbi qüvvəsini bu yöndə cəmləşdirməsi Moskvanın regionda ciddi hərbi təhlükəsizlik maraqlarına malik olduğunu sübut edir.

Onun sözlərinə görə, Azərbaycan üçün məsələnin xüsusi diqqətdoğuran hissəsi ondan ibarətdir ki, bu təlimlər eyni zamanda Xəzər dənizində davam edəcək və böyük ehtimalla orada Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları da olacaq:

“Əldə olunan məlumata görə, Xəzər dənizində təlimlər Azərbaycan su sərhədlərinin bir neçə kilometrliyində keçiriləcək. Belə bir vəziyyətdə Azərbaycanın milli təhlükəsizlik maraqlarına ciddi təhdiddən söhbət gedə bilər. Düzdür, Ermənistanın rəsmən hərbi dəniz qüvvələri yoxdur, amma buna baxmayaraq Yerevan Xəzər dənizində özünün bir nömrəli rəqibinin hərbi mövqelərini müşahidə etmək, bu kontekstdə təlimlərə qatılan digər ölkələrlə doktrinal müzakirələr aparmaq imkanını əldən verməyəcək. Əldə olunan məlumatlara görə, Xəzər dənizində təlimlərə cəlb olunacaq gəmi heyəti içində Ermənistan Silahlı Qüvvələrinə məxsus təlimatçılar da yer alacaq”.

“Maraq doğuran başqa bir məqam ondan ibarətdir ki, ümumilikdə 80 minə yaxın hərbi qulluqçunun qatılacağı hərbi təlimlərə erməni hərbi qulluqçuları ilə yanaşı Azərbaycanın strateji tərəfdaşı Pakistanın hərbi qulluqçuları da qatılacaq. Bu təlimlərdə ümumilikdə 6 ölkənin hərbi qulluqçuları, o cümlədən İran və Pakistandan olan hərbi qulluqçular da iştirak edəcəklər. Belə formatda hərbi təlimlər Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından narahatlıq yaradır və “dost-düşmən” anlayışları barədə bir daha düşünmək zərurəti yaradır”, – C.Məmmədov vurğulayıb.

C.Məmmədov hesab edir ki, Rusiya “Qafqaz-2020” təlimlərini keçirməklə əsasən bu hədəflərə köklənib:

“Birincisi, Cənub Hərbi Dairəsinin (dairəyə daxil HHQ və HHM birləşmələrinin) Qara dəniz və Xəzər dənizində və dənizlərarası bölgədə hərbi nəzarət və əməliyyat imkanlarını gücləndirmək. Bununla da Qara dəniz – Xəzər dənizi genişləndirilmiş hərbi-siyasi regionunda özünün hərbi-siyasi hegemonluğunu təsdiq etdirmək və bunun üçün digər iştirakçı dövlətlərin (o cümlədən Çin, İran, Pakistan, Belarus və Ermənistan) dəstəyini almaq; İkincisi, regionda hərbi təhlükəsizliyə nəzarət edə biləcək hərbi texnikanı – zenit-raket komplekslərini (S-400, S-300 və "Pançir-S"), hava-desant qüvvələrini, hərbi-nəqliyyat təyyarələrini həm region dövlətlərinə, həm də dünyaya nümayiş etdirmək bununla da Rusiyanın cənubunda “etibarlı hava hücumundan müdafiə sistemi”nin qurulduğunu göstərmək; Üçüncüsü, regionda baş verə biləcək hansısa hərbi toqquşmalar, regional müharibələr zamanı yaranacaq böhran vəziyyətinin qısa zaman kəsiyində hərbi güc vasitəsilə həll olunmasının mümkünlüyünü yoxlamaq; Nəhayət, regional və beynəlxalq strateji tərəfdaşlarla birgə hərbi əməliyyat teatrı qurmaq və bununla da regionun bir sıra dövlətlərinə (misal üçün, Azərbaycan, Gürcüstan, Ukrayna, Türkiyə), eləcə də dünyaya (xüsusilə NATO-ya) hədəli mesaj ötürmək”.

Cəsur Sümərinli
Cəsur Məmmədov

Cəsur Məmmədov hesab edir ki, rəsmi Bakının Moskvaya Ermənistana İran üzərindən hərbi texnikanın daşınması ilə bağlı bugünlərdə etdiyi etirazından sonra belə bir təlimdə Ermənistan hərbçilərinin Rusiya və İran hərbçiləri ilə birgə hərbi nəqliyyat təyyarələrindən istifadə etməsi, Xəzər dənizində, Şimali Qafqazda birgə hərbi təlimlər keçməsi, qarşılıqlı hərbi-texniki yardım əməliyyatlarını sınaqdan keçirmələri Rusiyanın Azərbaycana növbəti hədəsi kimi qəbul oluna bilər:

“Bu hədə ilə Rusiya göstərmək istəyir ki, Moskva Ermənistanın arxasında dayanıb və hər vəchlə onu müdafiə edəcək

Onun fikrincə, Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən gərginliklərin “Qafqaz-2020” strateji təlimləri ilə bağlılığını güman etmək ola

“Ermənistan tərəfi Rusiyanın təşviqi və dəstəyi ilə təmas xəttinin bu hissəsində gərginliyi pozmaqda həmişə maraqlı olub və əsas məqsədlərindən biri də rəsmi Bakıya təsir və təzyiq etməkdir

“Moskvanın bəyan etdiyi kimi, əgər Rusiya Azərbaycanın strateji tərəfdaşı olsaydı, o zaman belə təlimləri keçirərkən Azərbaycanın milli təhlükəsizlik maraqlarını nəzərə almalı və ən azından Ermənistanın bu təlimlərə cəlb olunmasının səbəbləri ilə bağlı rəsmi Bakını əvvəlcədən məlumatlandırmalı idi. Amma biz bunu görmürük. Eyni zamanda Rusiya regionda belə bir təlim keçirərkən, ümumiyyətlə, region dövlətlərini, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə və Ukraynanı məlumatlandırmalıdır. Çünki bu təlimlər və onların mövzusu əksər hallarda region dövlətlərinin milli təhlküəsizlik maraqlarına müdaxilə edir. Daha bir vacib məsələ, “Qafqaz 2020” təlimlərində Ermənistan hərbçilərinin iştirak etməsi Azərbaycanın hərbi qurumlarını ayıq vəziyyətdə saxlamalıdır, çünki erməni hərbi qulluqçularının Şimali Qafqazda və ya Xəzər dənizində Azərbaycan əleyhinə edə biləcəyi hər hansı təxribatdan rəsmi Bakı sığortalanmayıb”, – deyə C.Məmmədov fikrini tamamlayıb.”.r:”.

Ana səhifəSiyasət“Rusiyadakı hərbi təlimlər Azərbaycanın milli təhlükəsizliyi baxımından narahatlıq yaradır”