Vladimir Putin türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğanla

Mənbə: Foto: Reuters

Başlıq: Vladimir Putin türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğanla

Rusiya və Türkiyə Suriyanın şimalında atəşkəsə razılıq verib

Ərdoğan: “Biz ehtiyacı olan suriyalılara yardımı təmin etmək üçün birlikdə çalışacağıq”

Türkiyə və Rusiya cümə axşamı Suriyanın İdlib bölgəsində atəşkəs razılaşmasına imza atıblar.

“Reuters” xəbər verir ki, hər iki ölkənin başçıları Moskvada danışıqlardan sonra son üç ayda bir milyona yaxın insanın didərgin salan savaşın qarşısını almaqda qərarlı olduqlarını söyləyiblər.

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğanın yanında dayanaraq deyib ki, əldə olunan razılaşma Suriyanın şimal-qərbində davam edən hərbi əməliyyatların dayandırılmasında əhəmiyyətli rol oynayacaq.

“Ümid edirəm ki, bu razılaşma İdlib zonasında hərbi əməliyyatların dayandırılması üçün yaxşı bir zəmin hazırlayacaq və dinc əhalinin əziyyətlərini və artan humanitar böhranı dayandıracaq”,- Putin deyib.

Ərdoğan jurnalistlərə barış razılaşmasının cümə axşamı gecə yarısında qüvvəyə minəcəyini söyləyib.

“Biz ehtiyacı olan suriyalılara yardımı təmin etmək üçün birlikdə çalışacağıq”,- o deyib və əlavə edib ki, Türkiyə "Suriyadakı bütün (Suriya) rejim hücumlarına cavab vermək" haqqını özündə saxlayır.

Suriyadakı doqquz illik münaqişədə Ankara müxalif, Moskva isə rejim qüvvələrini müdafiə edir. İdlibdəki döyüşlərə son qoymaq üçün bundan əvvəl imzalanmış bir neçə razılaşma uğursuzluğa uğrayıb.

Rusiya hava zərbələri ilə dəstəklənən Əsəd qüvvələrinin İdlibdəki son hücumu Birləşmiş Millətlər Təşkilatını hərəkətə gətirib və qurum milyonlarla insanı evlərindən didərgin salmış və yüz minlərlə insanın ölümünə səbəb olmuş bu qarşıdurmanın indiyədək davam etməkdə olan Suriya müharibəsinin ən pis humanitar böhranına səbəbiyyət verəcəyini söyləyib.

Rusiya ordusu dəfələrlə qaçqın böhranı ilə bağlı hər hansı danışığa girməkdən boyun qaçırıb və Türkiyəni beynəlxalq qanunları pozmaqda ittiham edib.

NATO ittifaqında ikinci ən böyük orduya sahib olan Türkiyə son həftələr Suriya hökumət qüvvələrinin irəliləməsinin və ölkənin cənub sərhədi üzərindən Türkiyəyə axın edən qaçqınların qarşısını almaq üçün bölgəyə qoşun və hərbi texnika göndərib.

Rusiya da eyni zamanda Putin-Ərdoğan danışıqlarından əvvəl Suriyadakı qoşunlarını dəniz və hava ilə gücləndirməyə çalışıb.

Əsəd özü Suriya ərazisinin “hər qarışını” geri alacağını vəd edib. Lakin onun tükənmiş hərbi qüvvəsi Moskvanın gücündən və İranın bölgədəki dəstəyindən asılıdır. İran cümə axşamı razılaşmasının tərəfi deyil.

İdlibdən başqa Suriyanın şimalının böyük bir hissəsi Türkiyə, müxalifət və ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinin nəzarətindədir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3ykaky

Ən çox baxılan