Rusiya ilə sərhəddə 70 nəfər Azərbaycan vətəndaşı ölkəyə buraxılmır

O bildirib ki, martın 30-dan saat 14-dən sərhədin Rusiya tərəfindədirlər

Source: Meydan TV


“Rusiya məsuliyyəti rəsmi Bakının üzərinə qoyur”

Azərbaycan-Rusiya sərhədində, Samur Keçid Postunda 70-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə buraxılmır.

Onları Azərbaycana Rusiya tərəfi buraxmır və məsuliyyəti rəsmi Bakının üzərinə qoyur.

Bu barədə Meydan TV-yə sərhəddən buraxılmayan vətənaşlardan biri Ramal Nəbiyev danışıb.

O bildirib ki, martın 30-dan saat 14-dən sərhədin Rusiya tərəfindədirlər:

“Rusiya polisləri bizə deyirlər ki, sizi Azərbaycan buraxmır və səbəb kimi də karantində yer olmadığını göstərirlər. Hazırda küçədəyik. Azərbaycan tərəfilə əlaqə saxlmağa cəhd etsək də, alınmır. 112 qaynar xəttə zəng etsək də, cavab yoxdur”.

Ramal Nəbiyevin sözlərinə görə, onlar Rusiyaya müvəqqəti, 3-5 aylıq işləməyə gedənlərdir:

“Biz ölkə xaricinə ailələrimiz ücün qazanc arxasınca gedənlərik. Bir neçə ay işləyib, yenidən qayıdır və gedirik”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Meydan Tv-nin sorğusuna cavab verib ki, məsələ ilə maraqlanacaq.

Ana səhifəSosialRusiya ilə sərhəddə 70 nəfər Azərbaycan vətəndaşı ölkəyə buraxılmır