Rusiya etiraz aksiyalarının təşkilində “Deutsche Welle”-ni günahlandırıb

Təşkilat Moskvanın ittihamlarını rədd edir

Source: Meydan TV

Rusiya alman beynəlxalq media qurumu “Deutsche Welle”-ni (DW) Muskovitləri "icazəsiz kütləvi nümayişlərdə" iştirak etməyə çağıraraq ölkədə iğtişaşları təbliğ etməkdə ittiham edib, – Azadlıq Radiosu xəbər verir.

Almaniyanın Moskvadakı səfirliyinin rəsmisi Beate Grzeski avqustun 8-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və bildirilib ki, belə çağırışlar təkrar baş verərsə, Mpskva “Deutsche Welle”-nin Rusiya qanunlarına görə məsuliyyətə cəlb etmək hüququnu özündə saxlayır.

Nazirliyin açıqlamasında qeyd edilir ki, etirazlara çağırış DW-nin rusdilli sosial media kanallarında edilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilk dəfə bu haqda avqustun 4-də Rusiya dövlət televiziyasında çıxış edib.

Alman media qurumu ittihamları rədd edib və qeyd edib ki, Moskvanın açıqlaması dəlillərə əsaslanmır.

"DW ittihamları rədd edir və bunun müxbir Sergey Dikin həbsi ilə əlaqəli olduğuna inanır," – DW deyib. Dik iyulun 27-də Moskvada müxalifət mitinqini işıqlandırarkən saxlanıb. O, elə həmin gün sərbəst buraxılıb.

Ana səhifəDünyaRusiya etiraz aksiyalarının təşkilində “Deutsche Welle”-ni günahlandırıb