Rusiya Dövlət Duması

Mənbə: google.az

Başlıq: Rusiya Dövlət Duması

Rusiya Duması ''Suveren İnternet'' qanun layihəsini təsdiq edib

Layihə təsdiqlənmək üçün yuxarı palataya göndərilib

Rusiya parlamentinin aşağı palatası prezident Vladimir Putinin internet üzərindəki hökumət nəzarətini genişləndirmək səylərinin bir hissəsi olan ziddiyyətli qanun layihəsini təsdiq edib. Məlumatı tənqidçilər yayıb.

Dövlət Dumasının millət vəkilləri, aprelin 16-da qanun layihəsini son olaraq təsdiq ediblər. Tənqidçilər deyir ki, bu qanun Rusiyada yeni senzura dövrünün başlanğıcını qoya bilər.

Qanun layihəsi artıq təsdiqlənmək üçün yuxarı palataya göndərilib. Federasiya Şurasının onu imzalanması və daha sonra imza üçün Putinə göndərməsi qaçılmazdır.

Sözügedən qanun layihəsi "suveren İnternet" adlanır və provayderlərdən Rusiyanın veb-trafikini dövlət tərəfindən nəzarət edilən nöqtələrə yönəldəcək avadanlıqların quraşdırılmasını tələb edəcək.

Qanun layihəsinin dəstəkləyənlər deyir ki, bu, Rusiyanın İnternet seqmenti olan RuNet – i daha da müstəqil edəcək. Onlar iddia edir ki, bu qanun layihəsi Rusiyanı potensial kiber hücumlardan qorumaq üçün mütləqdir.

Tənqidçilər isə bunun əksini söyləyir və qeyd edirlər ki, qanun layihəsi Rusiyada internet azadlığına zərbə olacaq. Qanun layihəsinin müzakirəsi keçən ay Moskvada minlərlə insanın iştirakıyla müşayiət edilən etraz aksiyasına səbəb olmuşdu. Qanun layihəsiylə qoşulan avadanlıqlar Rusiya hökumətinə qadağa edilmiş saytları tamamilə blok etməyə imkan verəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zbq1e4

Ən çox baxılan