Rusiya ABŞ-a yardım edib

Bu barədə razılıq prezidentlər Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı əldə edilib.

Foto: google.az


Amerikaya tibbi maskalar və avadanlıqlar göndərilib

Rusiya yardım məqsədilə ABŞ-a tibbi avandaqlıqlar və maskalar göndərib.



TASS

” agentliyinin məlumatına görə, bu barədə razılıq prezidentlər Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı əldə edilib.

Daxili təhlükəsizlik nazirliyində və Milli Strateji rezervdə olan mənbələrin məlumatına görə ABŞ-da şəxsi mühafizə üçün lazım olan respiratorlar, maskalar, əlcəklər və xalatlar bitmək üzrədir.

Con Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da yeni antirekord qeydə alınıb. Belə ki, çərşənbə axşamı ölkədə koronavirusa yoluxan 865 nəfər ölüb.

Ümumiyyətlə ABŞ-da 189,5 min adam virusa yoluxub ki, bu da Çindəki xəstələrin sayından 2,5 dəfə çoxdur. Ölənlərin sayı 4 min nəfəri keçib.

Ağ Evin proqnozlarına əsasən, ölkədə 100 mindən 200 minə qədər insan koronavirus qurbanı ola bilər.

Prezident Donald Tramp çərşənbə axşamı bəyanatında deyib ki, “çox çətin iki həftəni keçmək lazımdır və bundan sonra əhali tunelin sonunda işıq görəcək”.

Ana səhifəDünyaRusiya ABŞ-a yardım edib