Rus keşişi zorakı vəftiz fəaliyyətinə görə vəzifəsindən məhrum edilib

Foti ata hərəkətlərini müdafiə etməyə çalışıb və avqust 12-də “Kanal 5”-ə müsahibəsində uşağın valideynlərinin kilsənin ayinləri ilə tanış olmadığını və vəftizin mənası, necə yerinə yetirilməli olduğu haqda onlara izah verilmədiyini deyib.

Source: google.ru


Keşişin uşağın başını zorla suya saldığını əks etdirən video yayılıb

Rus Ortodoks kahininin vəftizi zorakı yerinə yetirməsini əks etdirən videosu ortaya çıxdıqdan sonra bir il müddətinə ruhanilikdən məhrum edilib.

Azadlıq Radiosunun məlumatına görə, bu haqda körpənin anası polisə şikayət edib.

Sankt-Peterburqun 40 kilometr cənubunda yerləşən Gatçina şəhərindəki Marienburq Şəfaət kilsəsində 10 avqustda baş verən hadisənin görüntülərində keşiş Foti atanın (Father Foty) 1 yaşlı uşağın başını suya batırmaq istəyərkən böyük güc tətbiq etdiyi görünür.

Körpənin başını ilk dəfə suyun altına basan Foti ata körpənin qışqırığına məhəl qoymadıqda ana etiraz edir və uşağı keşişdən almağa çalışır. Buna baxmayaraq, keşiş ikinci dəfə uşağın başını suya batırmağa çalışır. Daha sonra keşişin qışqıran uşağın səsini batırmaq üçün onun burnunu və ağzını örtdüyü görünür.

Avqustun 11-də keçirilən mərasimin yayılmış videosunda Kremlinə yaxın yerli “Kanal 5” uşağın "az qala öldürüldüyünü" iddia edib, uşağın bədəninin hadisədən sonra göyərdiyini və qızardığını vurğulayıb.

Elə həmin gün Gatçina bölgəsi yerli yepiskop Mitrofandan rəsmi üzrxahlıq yayınlayıb və qeyd edib ki, Foti ata vəzifəsindən kənarlaşdırılıb. Bundan sonra keşiş paltarı geyinmək ona qadağan edilib və bir daha Foti ata bir il müddətinə vəzifəsini icra edə bilməyəcək.

"Din xadiminin yüksək rütbəsi tələb edir ki, o, İsa Məsih üçün xidmət etsin və bütün müqəddəs addımları Allah qorxusu ilə atsın, kilsə övladlarına həssaslıqla davransın," – bəyanatda deyilir.

Yepiskop Mitrofan davam edərək deyir: “Mən ümid edirəm ki, hadisə körpənin və ailəsinin mənəvi həyatı üçün heç bir maneə törətməyəcək".

Hadisə paytaxtdakı yüksək səlahiyyətlilərin diqqətini çəkib. Rusiya Patriarxiyasının maarif şöbəsinin müdiri Hieromonk Qennadi (Gennady) avqustun 11-də “RİA Novosti”-yə verdiyi müsahibədə keşişin hərəkətlərini "dəlilik" adlandırıb.

"Müqəddəs paltarda olan yetərsiz bir insan bu videoya baxan minlərlə insan üçün Allaha doğru keçilməz maneə ola bilər,"-o deyib.

Foti ata hərəkətlərini müdafiə etməyə çalışıb və avqust 12-də “Kanal 5”-ə müsahibəsində uşağın valideynlərinin kilsənin ayinləri ilə tanış olmadığını və vəftizin mənası, necə yerinə yetirilməli olduğu haqda onlara izah verilmədiyini deyib.

O, vəftiz qaydalarına uyğun olaraq uşağın başını üç dəfə batırmaq niyyətində olduğunu və mərasimin hər zaman sakit keçmədiyini deyib. Keşiş qeyd edib ki, ana oğlu ilə bağlı narahatlıq keçirib və "həddən artıq emosional" davranıb.

"Kilsə qaydalarına görə az miqdarda su ilə vəftiz olunmaq yalnız ciddi xəstəlik və ya uşaq üçün ölüm təhlükəsi olan hallarda icazə verilir," – keşiş əlavə edib.

Hadisənin ardından 1997-ci ildə təyin olunduğu bildirilən Foti atanın keçmişi ilə bağlı suallar ortaya çıxıb. Belə ki, indiyə qədər bir sıra Rusiya media platformaları keşişi xoş olmayan sitatlarla təsvir edib. Hazırda polis ananın şikayəti üzrə araşdırmalara başlayıb.

Ana səhifəDünyaRus keşişi zorakı vəftiz fəaliyyətinə görə vəzifəsindən məhrum edilib