Ruhani və Tramp

Mənbə: Foto: arxiv

Başlıq: Ruhani və Tramp

Ruhani iranlıları Trampı dinləməməyə və bir olmağa çağırır

Məqalə yeniləndi:  27 Yanvar 2020

“Biz Tramp və Ağ Evdəki terrorçuların İranı təcrid etməsinə imkan verməməliyik”

“İranlılar ABŞ prezidenti Donald Trampın parlament seçkiləri öncəsi milli birliyə zərər verməsinə icazə verməməlidirlər”,- Prezident Həsən Ruhani çıxışı zamanı bildirib.

“Reuters” xəbər verir ki, İran din xadimləri Vaşinqtonun 2018-ci ildə Tehranın dünya gücləri ilə imzaladığı nüvə razılaşmasından çıxmasından sonra tətbiq etdiyi sanksiyaların altında əzilən iqtisadiyyatı ayaqda saxlamaqda çətinlik çəkirlər. Ölkədə neft ixracı azalıb.

“Biz Trampa istablişmentlə insanlar arasında uçurum yaratmağına imkan verməməliyik ... Biz bir olmalıyıq ... 21 Fevral seçkilərinə arxanızı çevirməyin. Gəlin yaxşı nəticə əldə edək”,- Ruhani rəsmi saytında canlı yayımlanan nitqində qeyd edib.

“Biz Tramp və Ağ Evdəki terrorçuların İranı təcrid etməsinə imkan verməməliyik”.

Bütün seçki namizədlərini yoxlayan İranın sərt Keşikçilər Şurası seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçən 14000 nəfərin 9000-ni diskvalifikasiya edib. Əksər şəhərlərdə onların seçkiyə gedəcək namizədlərinin olmadığı bildirilir.

“Bu parlament seçkisi çox vacibdir ... Mən səlahiyyətli orqanlara diskvalifikasiya məsələsini həll etmək üçün məktublar yazmışam”,- Ruhani deyib.

“Siz (din xadimləri) seçkidə qalib gələcəyinizi iddia edirsiniz. Bu yaxşıdır, ancaq qoyun seçki rəqabətli keçirilsin”,- o deyib.

İranın 1979-cu il İslam inqilabından bəri onun liderləri hakimiyyəti əldə saxlamaq üçün bir sıra çətinlikləri aradan qaldıra biliblər. Lakin onlar ilə xalq arasındakı boşluq ötən ildən bəri xeyli genişlənib. Hökumət əleyhinə etirazlarda yüzlərlə insanın öldürülməsindən sonra İranda ictimai narazılıq daha da artmaqdadır. İran hələlik ölənlərin sayını açıqlamayıb və insan haqları təşkilatları tərəfindən yayımlanan rəqəmləri rədd edib.

Tehran həmçinin İranın Ukrayna sərnişin təyyarəsini səhvən vurduğunu gec etiraf etməsinə görə həm daxildə, həm də beynəlxaq ictimaiyyətdə tənqidlərə məruz qalıb. Bu, hakimiyyətin legitimliyini riskə atıb.

Hiddətli iranlılar mühafizəçilərin təyyarə qəzasını gec qəbullanmasına etiraz olaraq küçələrə axışmalı oldular.

İdarəçilərlə xalq arasındakı etimadsızlığın iqtisadi çətinliklərlə birlikdə fevral ayında keçirilən parlament səsverməsinə pis təsir edəcəyi gözlənilir. Belə ki, İran hakimiyyəti öz legitimliyini sübut etmək üçün xalqın seçkilərdə iştirakına ehtiyac duyur.

“Mən millətimizi səs verməyə çağırıram", Ruhani deyib: "Problemlər barədə tənqidiniz olsa da, səs verin”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xhi5xm

Ən çox baxılan