Rok ifaçısı zəlzələyə görə konsertini təxirə salıb

Zəlzələdən həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Source: Google


İfaçı təkcə Türkiyə deyil, hətta Azərbaycanda da köməyə ehtiyacı olanlara yardım əlini uzadıb

Türkiyənin tanınmış rok ifaçısı

Haluk Levent

Elazığda baş verən zəlzələ ilə əlaqədar Bursada keçiriləcək konsertini təxirə salıb.

Hər zaman xeyriyyə işləridə yaxından iştirak edən ifaçı dinləyicilərdən üzr istəyib. Zəlzələdən həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir. O, sənətçi olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur.

İfaçı təkcə Türkiyə deyil, hətta Azərbaycanda da köməyə ehtiyacı olanlara yardım əlini uzadıb.


Ötən ilin oktyabrı

nda Azərbaycanın dövlət rəsmilərinə səslənərək, limfoma xərçəngi olan Surə Nadirovanın müalicəsinə lazım olan 400 min lirə (120 min manat) üçün Azərbaycanda konsertini təşkil etməyə çağırış etmişdi.

Onun çağırışı müsbət dəyərləndirilərək, 2019-cu il dekabrın 7-də Bakıda xeyriyyə konserti təşkil olunmuşdu.

Bu il yanvarın 24-də Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra 228 yeraltı təkan qeydə alınıb.

Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb, ölənlərin sayı isə ölənlərin 38-ə çatıb.

Ana səhifəMədəniyyətRok ifaçısı zəlzələyə görə konsertini təxirə salıb