”Reuters”: Azərbaycanın qara bazarında 1 dollar 2 manatadır

Agentlik müxbirlərinin baş çəkdikləri 6 bankdan 3-də xarici valyutanın satışı tamamilə dayandırılıb

Source:
Манаты
Манаты


Agentlik müxbirlərinin baş çəkdikləri 6 bankdan 3-də xarici valyutanın satışı tamamilə dayandırılıb

“Azərbaycan bankları xarici valyuta satışını kəskin məhdudlaşdırıb, dollara tələbat isə kəskin artmaqda davam edir”, – “Reuters” agentliyi belə yazır.

Agentlik xəbər verir ki, növbəti kəskin devalvasiyadan çəkinən bizneslər və müştərilər kütləvi şəkildə manatdan xilas olmağa çalışırlar.

“Reuters” müxbirləri bildirirlər ki, qara bazarda bir dollar iki manata satılır. Agentlik müxbirlərinin baş çəkdikləri 6 bankdan 3-də xarici valyutanın satışı tamamilə dayandırılıb, digər banklarda isə rəsmi limitin 500 dollar olmasına baxmayaraq, bir nəfərə yalnız 100 dollar satıblar.

Azərbaycanın büdcə gəlirlərinin dörddə üçünü enerji ixracatının gəlirləri təşkil edir. Neft qiymətlərinin son zamanlar kəskin düşməsi manat üzərinə təzyiqi xeyli artırıb.

Avqustun sonlarında Azərbaycan Mərkəzi Bankı bildirmişdi ki, dollara yüksək tələbat mövsümi xarakter daşıyır. Mərkəzi Bank Dövlət Neft Fondundan auksionlar vasitəsilə xarici valyuta satışının davam etdiriləcəyini də bildirmişdi.

Reuters yazır ki, auksionlar həftədə cəmi iki dəfə keçirilir və 50 milyon dollarlıq limitə malikdir. Halbuki Mərkəzi Bankın öz rəqəmlərinə görə xarici valyutaya tələbat 10 dəfə artıqdır.

Agentlik Mərkəzi Bankdan münasibət öyrənə bilməyib.

Ana səhifəXəbərlər”Reuters”: Azərbaycanın qara bazarında 1 dollar 2 manatadır