Rəsmi: Küçədə huşunu itirən şəxs xəstəxanaya götürülüb

“Avtobusdan düşəndən sonra yıxıldı, tutrəməyə başladı”

Source: Meydan TV

Martın 25-də, saat 13 radələrində Bakının Rəsulzadə qəsəbəsində qəflətən bir vətəndaşın halı pisləşib, yıxılıb. Şahidlərin Meydan TV-yə verdiyi məlumata görə, o, avtobusdan düşüb və yıxılıb, huşunu itirib:

“Avtobusun konduktoru dedi ki, qızdırmadı var, titrədir”.

Şahidlər deyir ki, dərhal polis adamları hadisə yerindən uzaqlaşdırıb və təcili yardım çağırıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Meydan TV-yə deyib ki, həmin şəxs epilepsiya xəstəliyindən əziyyət çəkirmiş:

“Həmin vaxt epilepsik tutma baş verib. Hazırda xəstəxanaya götürülüb, müayinə olunur”.

Ana səhifəSosialRəsmi: Küçədə huşunu itirən şəxs xəstəxanaya götürülüb