Nazirlər Kabineti

Mənbə: Azərtac

Başlıq: Nazirlər Kabineti

Rəsmi: Cəbhə xəttindən kənarda həlak olanlar da şəhid hesab olunacaq

Nazirlər Kabineti qərarına dəyişiklik edib

27 sentyabr-10 noyabr tarixlərində aparılan hərbi əməliyyatlarda cəbhə xəttindən kənar məntəqələrdə həlak olanlar da şəhid hesab olunur.

Bu barədə Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarında dəyişiklik olunub.

Hökumətdən “Azərtac”a bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən, yalnız Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olan və itkin düşən mülki vətəndaşlar şəhid hesab edilirdi:

“2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutması ilə yanaşı, təmas xəttindən aralıda yerləşən Naftalan və Gəncə şəhərlərində dinc əhaliyə qarşı hərbi təxribatı nəticəsində Qarabağdan kənarda yerləşən bu yaşayış məntəqələrində onlarla mülki vətəndaş həlak olub, yüzlərlə vətəndaş isə yaralanıb. Mövcud vəziyyətlə əlaqədar sözügedən ərazilərdə həlak olan mülki vətəndaşların şəhid hesab edilməsi məqsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb. Qərarda ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olan və itkin düşən mülki vətəndaşların şəhid hesab edilməsi əks olunub”.

Ermənistan ordusunun oktyabrın 11 və 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 25 sakin ölüb, 70-dən çox insan yaralanmışdı. Oktyabrın 4 və 28-də isə Bərdəyə atılan raket nəticəsində 32 nəfər ölüb. Ümumilikdə, 27 sentyabrda başlanan hərbi əməliyyatlar zamanı 94 dinc sakin həlak olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w6grah

Ən çox baxılan