Rəsmi: 13 yaşlı uşağın ölümünə vəhşi heyvan səbəb olub

Prokurorluq deyir ki, uşağın meyitinə baxış zamanı baş nahiyəsindən xəsarətlər aldığı məlum olub.

Source: Foto: google.az


“Uşağın meyitinə baxış zamanı baş nahiyəsindən xəsarətlər aldığı məlum olub”

Oğuz rayonunun Xaçmaz kəndinin sakini, 13 yaşlı Cəbrayıl Məmmədlinin meşədə meyiti tapılıb.

Oğuz Rayon Prokurorluğu və Polis Şöbəsinin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, uşaq mayın 21-də itkin düşübmüş. Ailəsi axtarıb, tapa bilmirmiş.

Odur ki, işə Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Bundan sonra mayın 22-si Cəbrayıl Məmmədlinin meyiti yaşadığı evdən təxminən 2 kilometr aralıdakı meşəlik ərazidən keçən çayda tapılıb.

“Dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb”, – məlumatda bildirilir.

Prokurorluq deyir ki, uşağın meyitinə baxış zamanı baş nahiyəsindən xəsarətlər aldığı məlum olub.

Məhkəmə-tibbi eksperti ilkin rəyində bu xəsarətlərin vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsindən yarandığını açıqlayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma davam edir.

Ana səhifəSosialRəsmi: 13 yaşlı uşağın ölümünə vəhşi heyvan səbəb olub