Rejissor deputatlığa namizədliyini verib

“Bundan sonrakı prosesdə də seçicilərlə şəxsən ünsiyyətdə olacağam”.

Source: Specify Source


“ƏSA” Teatrının yaradıcısı parlament seçkilərində iştirak edəcək

“ƏSA” Teatrının yaradıcısı və rəhbəri, rejissor Nihad Qulamzadə ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

“Artıq deputatlığa namizədliyimin təsdiqi üçün imzatoplama kampaniyasına başlamışıq. Bu kampaniyada birbaşa özüm iştirak edərək, Yasamal rayonunun sakinləri ilə görüşüb, həmsöhbət oldum. Sakinlərin gəncliyə qarşı etimadı və rəğbəti məni sevindirdi”, – Nihad Qasımzadə “Facebook” profilində yazıb:

“Bundan sonrakı prosesdə də seçicilərlə şəxsən ünsiyyətdə olacağam. Var gücümlə çalışacağam ki, namizədliyimi irəli sürdüyüm ərazinin bütün seçicilərilə görüşüm və problemləriylə maraqlanım. Hətta qapı-qapı onları axtarmalı olsam belə”.

Nihad Qulamzadə 15 saylı Yasamal birinci seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb.

“ƏSA” – 2016-cı ildə fiziki məhdudiyyəti olan aktyorlardan ibarət yaradılmış ilk teatrdır.

Bu il dekabrın əvvəlində ölkə başçısının sərəncamı ilə beşinci çağırış Milli Məclisi buraxılıb.

Növbəti parlament seçkiləri 2020 ci il fevralın 9-na təyin edilib.

Ana səhifəMədəniyyətRejissor deputatlığa namizədliyini verib