”Referenduma çağıranlar büdcəni xalqdan niyə gizlədir?”

Qubad İbadoğlu: Ən böyük sual odur ki, niyə indiyə qədər hökumət büdcə parametrlərini heç olmazsa ümumi halda olsa da, ictimaiyyətə açıqlamır?

Source:


Qubad İbadoğlu: Ən böyük sual odur ki, niyə indiyə qədər hökumət büdcə parametrlərini heç olmazsa ümumi halda olsa da, ictimaiyyətə açıqlamır?

“Nazirlər Kabineti Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərini müzakirə edib. Büdcə layihəsi sentyabrın 22-də prezidentə təqdim olunub”, – iqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində belə yazıb.

İqtisadçı maliyyə nazirinin çıxışına da münasibət bildirib. Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata görə, 2017-ci ilin dövlət büdcəsi layihəsində neftin qiyməti 1 barelə görə 40 dollar səviyyəsində götürülüb:

“Nazir deyir ki, 2017-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert buillə müqayisədə 1,5 milyard manat azalacaq. Azalma tendensiyası tərəfimizdən müsbət qiymətləndirilsə də, heç bir fiskal qaydaya əsalanmadan açıqlanan bu rəqəmin necə hesablanması suallar doğurur. Ən böyük sual isə odur ki, niyə indiyə qədər hökumət büdcə parametrlərini heç olmazsa ümumi halda olsa da, ictimaiyyətə açıqlamır? Xalqı referenduma çağıranlar büdcəni niyə xalqdan gizlədirlər?”

Ana səhifəXəbərlər”Referenduma çağıranlar büdcəni xalqdan niyə gizlədir?”