ReAL Partiyası qanunverici təşəbbüslər üzrə imzatoplama kampaniyasını bitirib

“Bizə heç bir maneçilik yaradılmadı”

Source: Meydan.tv

ReAL Partiyasının sədri İlqar Məmmədov fevralın 28-də üç qanunverici təşəbbüsün parlamentə təqdim olunması üçün imzatoplama kampaniyasınnın yekunu haqda mətbaut konfransı keçirib.

ReAL Partiyası qanunvericiliyə dəyişiklik edilib, 2015-ci il devalvasiyasından sonra formalaşan kredit borclarının dövlət tərəfindən ödənilməsini, təhsildə dərin islahatlar aparılmayana qədər ali təhsilin pulsuz olması, paytaxt haqqında konstitusiya qanununun qəbul edilib, Bakının merinin seçilməsini təklif edir.

İlqar Məmmədov bildirib ki, imzatoplamaya 2018-ci il noyabrın sonunda başlayıblar.

“Bununla parallel olaraq 40 min imza saytı yaratdıq. Orada qanunla layihələri barədə əhatəli məlumat yer almışdı, onları oxuyan 250 nəfər könüllü də dəstək verdi. Hər biri 15, 20, bəziləri hətta 100 imza toplamışdı. Təxminən 2 min nəfərə qədər adam qərargaha gəlib imza verib. Ümumilikdə kampaniyanı 750 adam. D18 və NİDA yüzlərlə imza toplayıb təhvil verdilər, bəzi partiya sədrləri isə qərargaha gəlib imzalarını verdilər”.

İmzatoplama kampaniyası zamanı bizə heç bir maneçilik yaradılmadı.

Partiya sədri 3 ayda 41 min 658 imza topladıqlarını söyləyib:

“İmzaların 48 faizi paytaxtdan kənarda toplanmışdı, amma bütün imzaların 60 faizi bölgələrdəndir. Qalan 40 faiz imza verən isə Bakıda qeydiyyatdadır. Yaxın günlərdə imzalar Milli Məclisə təqdim olunacaq. Milli Məclis 2 ay ərzində münasibət bildirməlidir”.

ReAL Partiyasının sədri deyib ki, onlar 3 təşəbbüsü əhatə edən 2 qanun layihəsi üzrə imzatoplama kampaniyası keçiriblər:

“ 2015-ci il devalvasiyasından doğan kredit borclarının dövlət tərəfindən ödənilməsi üzrə təklif edirik ki, 700 minə qədər bank müştərisini əhatə edən problemi dövlət hesabına çözmək lazımdır. Bunun üçün 1 milyard 700 milyon vəsait lazımdır. Layihədə vəsaitin mənbəyi də göstərilib. Bu problemlərdən həm vətəndaşlar, həm iş adamları və həm də banklar əziyyət çəkir”.

İkinci təşəbbüs üzrə İ.Məmmədov deyib ki, Azərbaycan təhsilində dərin islahatlar aparılmayana qədər ali təhsil pulsuz olmalıdır və hər il bunun üçün 150 milyon manat əlavə pul lazımdır.

Əgər hökumət islahat həyata keçirmək istəyirsə, bu layihələri qəbul etməlidir.

“Layihədə əhatəli şəkildə məsələ qeyd olunub. Təəssüf ki, bu məsələdə Ermənistan və Gürcüstandan iki dəfə geridəyik”.

Paytaxt haqqında konstitusiya qanununa gəldiksə isə, o deyib ki, Bakı şəhərinin başçısının xalq tərəfindən seçilmiş şəxs olmasını istəyirik.

“Bilirsiniz ki, şəhərin infrastrukturu bərbad vəziyyətdir. Təklif edirik ki, infrastrukturu prezidentə tabe olan yox, xalqa tabe olan şəxs yeniləməlidir. Həm də Azərbaycanın Avropa Şurası qarşısında 18 il əvvəl götürdüyü öhdəliyi var ki, Bakıda xalq tərəfindən başçı seçilməlidir”.

İlqar Məmmədov deyib ki, əgər hökumət islahat həyata keçirmək istəyirsə, bu layihələri qəbul etməlidir:

“Hökumət müxalifət-iqtidar dialoqu haqda çox danışır, ReAL Partiyası dialoq üçün hüquqi çərçivə təqdim edib. 40 min vətəndaş da dolayısı ilə bu çərçivəyə dəstək olub”.

İlqar Məmmədov 3 ay ərzində davam edən imzatoplama kampaniyanı parlament seçkilərinə hazırlıq hesab edir:

“Əgər irəli sürülən qanun qəbul edilərsə, Bakı şəhərinə mer seçkilərinə qatılacaqlar”.

(embedded content removed)

Ana səhifəXəbərlərReAL Partiyası qanunverici təşəbbüslər üzrə imzatoplama kampaniyasını bitirib